BAKU Azərbaycan
°C

Türkiyənin məşhur sənətçisi Hadisə həm şəxsi həyatı, həm də səhnə performansları ilə gündəmdə qalmağa davam edir.

Gundem.az xəbər verir ki, sevgi həyatında çətin bir dövrü arxada qoyan ifaçı, bu dəfə ona yönələn sərt tənqidlərə səhnədən cavab verməklə gündəmə gəlib.

Son zamanlar "Esas Oğlan" serialının rejissoru Şenol Sönmez ilə yaşadığı münasibətlə diqqət çəkən Hadisə cütlüyün fikir ayrılıqları səbəbilə yollarını ayırmasından sonra bir daha medianın diqqət mərkəzinə düşüb. Şəxsi həyatındakı dəyişikliklərlə yanaşı, cəsarətli səhnə geyimləri, enerjili çıxışları və sərbəst davranışları ilə də tez-tez müzakirə olunur.

Xüsusilə bir rəqs videosu sosial mediada geniş əks-səda doğurub. Bəzi istifadəçilər Hadisənin stilini "ədəbsizlik" adlandıraraq tənqid atəşinə tutublar.

Sosial mediada ən çox diqqət çəkən reaksiyalardan biri, tanınmış fenomen Reynmenin anası Nasibə Yılmaza məxsus olub.

O, Hadisənin performansı barədə belə deyib:

"Bir insan pul qazanırsa, bunu ədəb-ərkanla etsin. Bu pulun bərəkəti olmaz. Haramla qazanılan pulla fərqi yoxdur. İyrəncdir, mədəm bulandı."

Bu tənqidlərin ardından səhnəyə çıxan Hadisə dinləyicilərə belə müraciət edib:

"Bu aralar üzərimə çox gəlirlər. Hər yerdən hücum edirlər. Rəqsimə söz deyirlər, azad danışmağıma söz deyirlər, seksual olmağıma söz deyirlər... Amma mən buyam. Həyatımızda hər zaman belə şeylər yaşayacağıq".

Hadisənin bu açıq və sərbəst çıxışı izləyicilərdən alqış alıb və sosial mediada geniş müzakirələrə səbəb olub. /Milli.Az

Məqaləyə dair fotomateriallar:

Son xəbərlər

Zelenski ABŞ ilə bağlı qalmaqallı qanunu imzaladı

Röya Zaura söz atdı, sonra BARIŞDILAR - VİDEO

Bu şəxslərin pulu karta geri qaytarılacaq - SƏBƏB

Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz

Dörd BÜRC üçün pul çay kimi axacaq

“Samsung”un rekord nazik smartfonu: Mayın 13-də təqdimatı olacaq

“Daha səhnəyə çıxa bilmir, çünki...” – Flora Kərimovanın köməkçisi hər şeyi açıqladı

Bu həftə bürclərə nə vəd edir?

Dünyanın ən maraqlı ÇƏHRAYI GÖLÜ - niyə oraya turistlər getmir?

Azərbaycanın U-21 millisi iki yoxlama oyunu keçirəcək

Tovuzda traktor aşdı, yaralılar var - FOTO

Yağıntılar mayın 17-dək davam edəcək

İran Putinin səfərinə hazırlaşır

Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı

Azərbaycan və Somali arasında Memorandum imzalandı - FOTOlar

AB Kiyevə silah üçün 900 milyon avro ayırır

50 yaşlı kişini aldadıb 36 min manatını mənimsədi

AZAL Hindistan və Pakistana reysləri bərpa edir

Azərbaycanda yaşayış binasında PARTLAYIŞ - Ölən və yaralılar var - VİDEO

Karateçilərimiz dünya çempionatında 5 qızıl medal qazandı

Bütün xəbərlər