BAKU Azərbaycan
°C

“2009-cu illdə ABŞ dövlət katibi olan Kondoliza Raysın dəvəti ilə yeddi-səkkiz nəfər yaradıcı heyətlə, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, xalq artisti Elçin Həşimov, kaman ustadı Elnur Əhmədov, Bəyimxanım Verdiyeva ilə Amerikada tədbirlərdə iştirak etdik”.

Gundem.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında meyxana ustadı Namiq Məna ABŞ dövlət katibi olmuş Kondoliza Rays tərəfindən ABŞ-a dəvət almasından danışarkən deyib: “Amerikanın bir sıra ştatlarda milli mədəniyyətimizi, muğamımızı və meyxananı təbliğ etdik. Orda bir çox dövlət idarələrində, hətta Ağ Evdə rəsmi şəxslərlə görüşdük, konsertlərimiz oldu".

Namiq Məna meyxananın bugünkü vəziyyətindən də danışıb: “Bu sənətə yetəricə dövlət qayğısı var. Amma sənətin bəzi daşıyıcıları janrı cəmiyyətə dolğun şəkildə çatdırmalıdır ki, ictimaiyyətin meyxanaya sevgisi daha da artsın. Qeyri-etik ifadələrdən, narkomaniyanın təbliğindən uzaq olmalıdırlar”.

Namiq Məna həmkarı, haqqında dörd aylıq həbs qətimkan tədbiri Rəşad Dağlıdan da danışıb: “Rəşad Dağlı sənətin istedadlı nümayəndəsidir. Söz sənətində onun xidmətləri var. Rəşad Dağlını əxlaqlı, tərbiyəli, gözəl ailə başçısı, sənətin istedadlı daşıyıcısı kimi tanıyıram. Yetəri qədər də səbrli, böyüklə böyük, kiçiklə kiçik kimi davranan xarakterə sahib olan insandır. O, hər zaman el şənliklərində hörmətimi saxlayıb. İstedadlı insanlar xalqın sərvətidir, onları qoruyub saxlamaq lazımdır. Təbii ki, birinci insan özü-özünü qorumalıdır. İncəsənət adamları tək öz doğmaları, ailəsi, yaxınları, doğmaları üçün deyil, millətin sərvətidir, xəzinəsidir. Əgər milyonlarla insanların qəlbinə siraət edir, ürəyini açırsa, o insanlar özünü qoruyub saxlamalıdır. Çalışmalıdır ki, müəyyən neqativ hallardan özlərini qorusunlar. Hadisə ilə bağlı heç nə deyə bilmərəm. Çünki istintaq predmetidir, nəsə fikir bildirmək düzgün olmaz. Hadisə araşdırıldıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları öz fikirlərini bildirərlər.

Amma onu deyə bilərəm ki, yetəri qədər istedadlı gəncdir, Allah qapsını açsın. Allah dünyasını dəyişənin də günahlarını bağışlasın, doğmalarına, yaxınlarına səbr versin. Bu hadisə bizi həddindən artıq çox sarsıtdı. Çünki Rəşad Dağlının yetəri qədər sevənləri var. Ona sosial şəbəkələrdə nə qədər can yandırırlar, insanlar öz məhəbbətlərini, sevgisini bildirirlər. Allah hər zaman istədiyi bəndəsini sınağa çəkir. Düşünürəm ki, bu imtahandan da yaxşı çıxar. Rəşad Dağlının çox ağıllı övladları var. Oğlu Yusifin sosial şəbəkədə çıxışına baxanda ürəyim parçalanır. Allah ailəsinə də səbr versin. Allah köməyi olsun”.

Son xəbərlər

"Qərblə Rusiya arasında yeni soyuq müharibə başlayıb" - Kalın

Bakı-Quba yolunda uzun tıxac - Hərəkət iflic oldu -YENİLƏNİB

Olivye Jiru Fransa millisinin tarixinə düşüb

Ukraynada əməliyyatların tempi azalacaq - ABŞ kəşfiyyatı

Rusiyaya məxsus helikopter vuruldu

“Altın Kelebek” mükafatının qalibləri müəyyən olub

Fransanı növbəti mərhələyə çıxaran qələbə - Video

Bakıda gənc oğlan bıçaqlanıb

Ronaldo və baş məşqçi arasında qalmaqal

Məmmədyarov bürünc medal qazandı

"Whatsapp" İOS-da yeni funksiyaya sahib olacaq

Çexiya Ukrayna üçün sovet tipli sursatlar istehsal edəcək

Rusiya qüvvələrinin itkiləri açıqlandı

"Vaşinqton Rusiyaya təzyiqi artırmaq yollarını axtarır" - Blinken

OPEC+ ölkələri neft hasilatı planını saxladı

Nigeriyada məscidə silahlı hücum - 10 nəfər qətlə yetirilib

"Finlandiya NATO-nun bir hissəsi kimi nüvə hədəfinə çevrilmək riski daşıyır" - Senator

Rusiya Aİ-nin neftin qiyməti ilə bağlı qərarına etiraz edib

Rusiyada bina çökdü - 6 ölü, çox sayda yaralı -YENİLƏNİB

İtaliya baş naziri Azərbaycan qazından DANIŞDI

Bütün xəbərlər