BAKU Azərbaycan
°C

Əməkdar mədəniyyət işçisi, prodüser, rejissor Oqtay Əliyev "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

Gundem.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri və media mənsubları iştirak edib.

Qeyd edək ki, Oqtay Əliyev martın 22-də yol-nəqliyyat hadisəsi zamanı vəfat edib.

Xatırladaq ki, Oqtay Əliyev təsisatçısı olduğu "SOY" pradakşınla birgə onlarla televiziya layihəsinin müəllifi və baş prodüseri olub.

13:11

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev ilə vida mərasimi başa çatıb.

Gundem.az xəbər verir ki, mərhumun yaşadığı mənzildə keçirilən vida mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.

Hazırda mərhumun nəşi dəfn olunmaq üçün "Qurd qapısı" qəbiristanlığına aparılır.

xxx

12:14

Ailəsinin müraciəti əsasında əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin "Qurd qapısı" qəbiristanlığında dəfn olunması təmin edilib.

Gundem.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. 

"Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dəfni ilə bağlı bildiririk ki, ailəsinin müraciəti əsasında Mədəniyyət Nazirliyi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə bu gün saat 13:00-da "Qurd qapısı" qəbiristanlığında dəfn olunması təmin edilib" - məlumatda bildirilib.

10:48

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dəfn yeri dəyişib.

Gundem.az xəbər verir ki, o, "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, dünən axşam saatlarında Oqtay Əliyevin Mehdiabaddakı ailə qəbiristanlığında dəfn olunacağı deyilmişdi.

Qeyd edək ki, dünən Saray yolunda baş vermiş qəzada Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib.

 

xxx

10:35

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevlə vida mərasimi başlayıb.

Gundem.az xəbər verir ki, sənətçi ilə vida mərasimində mərhumun yaxınları, sənət dostları, ictimaiyyət nümayəndələri iştirak edirlər.

xxx

22 Mart 22:56

Xəbər verdiyimiz kimi, Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Gundem.az xəbər verir ki,  Oqtay Əliyev sabah səhər saatlarında Mehdiabad qəbiristanlığında dəfn ediləcək.

Son xəbərlər

Magistral yolun bir hissəsi uçdu: 18 avtomobil uçuruma düşüb, tələfat var

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Bakı-Sumqayıt qatarını daşa basdılar - RƏSMİ

Gürcüstanda etiraz aksiyaları: Polis su şırnaqları və rezin güllələrlə insanları dağıtdı

50 aptekdə yoxlama aparıldı, 7-də nöqsan aşkarlandı

Neft ucuzlaşır – “Azeri Light”ın YENİ QİYMƏTİ

Bu şəhərdə dondurma və pizza yemək QADAĞAN EDİLƏCƏK

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

19, 20, 21 və 28 may tarixləri ilə bağlı əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

İlham Əliyev İraq Parlamentinin sədrini QƏBUL ETDİ - FOTO

Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO

Ağakərimin son vəziyyəti AÇIQLANDI

Ukraynada yaralanan azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI

Gömrük Komitəsinin sabiq əməkdaşına hökm oxundu

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi

Addison xəstəliyi nədir və necə müalicə olunur?

Bəy gəlini "moyka"da "yudu" - VİDEO

Fransa XİN başçısı Benyamin Netanyahu ilə GÖRÜŞDÜ 

Əhaliyə hava ilə bağlı MÜHÜM XƏBƏRDARLIQ!

Bütün xəbərlər