BAKU Azərbaycan
°C

“Oqtay Əliyev ürəyindən əməliyyat olunmayıb. O, ümumiyyətlə, ürək xəstəsi olmayıb. Bu barədə mediada və sosial şəbəkələrdə yayılan xəbər doğru deyil”.

Axar.az xəbər verir ki, bu fikirləri “SOY Production”ın rəhbəri Oqtay Əliyevin yaxınlarından biri deyib.

Onun sözlərinə görə, Oqtay Əliyev təzyiqdən müalicə alıb, amma heç vaxt ürəyindən şikayətçi olmayıb:

“Özünə baxan adam idi. İdmana gedirdi, sağlığına diqqət edirdi. Qəzaya səbəb qəfil ürəktutması olub. Ürəyini tutub, bu zaman maşın idarəetmədən çıxıb və qəza baş verib”.

Neçə gün imiş O.Əliyev ailəsi ilə birgə Novruz bayramını qeyd edirmiş. Bu gün onlar ailəliklə bağ evində toplaşmaq qərarına gəliblər. Aktrisa Mehriban Zəkini özləri ilə qonaq aparırlarmış.

Yaxınlarının bildirdiyinə görə, ailənin digər üzvləri - mərhumun qızı, kürəkəni və nəvəsi taksi ilə onların arxasınca gedirmişlər. Onlar qəzanın üstünə çıxıblar.

Qəzadan sonra Oqtay Əliyev nəfəs alırmış, amma huşu üstündə olmayıb. O, hadisə yerində keçinib.

Qeyd edək ki, martın 22-də Abşeron rayonu ərazisində “Lexus” markalı avtomobilin yoldan çıxaraq, aşması nəticəsində sürücü, tanınmış prodüser və rejissor Oqtay Əliyev dünyasını dəyişib, onun xanımı, əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Son xəbərlər

Mehriban Əliyevaya Fəxri Qara kəmər təqdim edildi

Qayıq batdı - 50 nəfər itkin düşdü

Laçının möhtəşəm gecə görüntüsü - VİDEO

Tovuzda avtomobil yandı - Xəsarət alan var

Yollarda görmə məsafəsi məhdudlaşacaq

Ronaldo yenidən milliyə dəvət aldı

Əhaliyə qəti xəbərdarlıq edildi – Soyuqlar başlayır

Səudiyyə generalı Fars körfəzində batdı

Bakıda ağır qəza, ölən var

Çin 2030-a qədər Aya ayaq basa bilər

1 ayda rusların rekord sayda artilleriyası məhv edildi

Yayda ayaqyalın gəzməyin xeyri

Elxan Qasımovun vəfatı ilə əlaqədar - NEKROLOQ

Ərdoğan seçiləndən sonra Rusiya ilə... - Avqust

Evə getmək üçün pulu olmadı, küçədəkiləri söyüb həbs edildi

Ordumuz hər cür addımlara cavab verəcək – Lavrov

Məşhur müğənninin qızı görün nə etdi? - İnanılmaz

Moskvada məmur və biznesmen övladları qəzaya düşdü

Paşinyan yenə Moskvaya gedir

Xaricdə yaşayan türkiyəlilər Ərdoğana daha çox hansı ölkələrdən səs veriblər?

Bütün xəbərlər