BAKU Azərbaycan
°C

Binəqədi Rayon Məhkəməsində Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovanın qeyri-rəsmi nikah münasibətində olduğu keçmiş həyat yoldaşı, 1980-ci il təvəllüdlü Mustafa İbili barəsindəki xüsusi ittiham qaydasındakı şikayətinə baxılıb.

Gundem.az xəbər verir ki, X.Məmmədova keçmiş həyat yoldaşının Cinayət Məcəlləsinin 147 (Böhtan) və 148-ci (Təhqir) maddələri ilə cəzalandırılmasını tələb edib.

X.Məmmədova bildirib ki, M.İbili dələduzluq edərək atası Cavanşir Məmmədova 170 000 manat, anası Rəfiqə Qafarovaya 59 000 manat və Rüfət Əhmədova 10 000 manat ziyan vurmaqla təkrar dələduzluq edib. Bakı Şəhər Baş Polis İdarəsində aparılan cinayət işinin ibtidai istintaqı tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hazırda məhkəmə istintaqı davam edir. Həmin iş üzrə X.Məmmədova şahid qismində ifadə verdiyi gün M.İbili jurnalistlərə müsahibə verərək keçmiş arvadının dələduzluq etdiyini iddia edib: “İbili yalan olduğunu bilə-bilə şərəf və ləyaqətimi ləkələyən, nüfuzdan salan məlumatları kütləvi informasiya vasitələrində yayıb”.

Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O, Məcəlləsinin 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib.

Qeyd edək ki, Mustafa İbili eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunur. Bu maddədə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub. Lakin o, özünü təqsirli bilmir. Əksinə, özünü zərərçəkmiş hesab edir./Qafqazinfo

Son xəbərlər

Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur

Bu il hər addımda şanslı olacaq BÜRCLƏR

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Ziyeş Şahruddinin qapısına uzaq məsafədən baxımlı qol vurdu - VİDEO

Rusiyadan miqrantlarla bağlı yeni açıqlama

Nazirin maşını qırmızı işıqda keçdi, qəzaya düşdü - FOTO

Ukrayna 36 meyit verib, 140 cəsəd geri aldı

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Vatsapda bunları internetsiz də edəcəksiniz

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Bakıda bacı həbsdəki qardaşına narkotik gətirdi

PSJ-nin futbolçusu üçün 16,5 milyon avro

Xocalı al lalələrlə bəzəndi - FOTOLAR

Əliyev və Şolts medianın suallarını cavablandırdı - FOTO

Cüdoçumuz Avropa çempionu oldu

Bütün xəbərlər