BAKU Azərbaycan
°C

Xalq artisti, tanınmış muğam ifaçısı Alim Qasımov həmkarı, Xalq artisti Zabit Nəbizadəni nəvəsinin toyuna dəvət etməyib.

 

Gundem.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya xanəndə Zabit Nəbizadə deyib.

 

"Çağırmayıb, getməmişdim. Allah xoşbəxt eləsin, mən hər toyda olmalı deyildim ki. Bununla bağlı çox adam deyir, amma mən nə deyə bilərəm. Sosial şəbəkələrdən eşitdim ki, deyib, toya çox istədiyim xanəndələri dəvət etmişəm. Burdan anlaşılır ki, məni istəmirlər. Mən Alim müəllimin tələbəsi olmuşam, eyni rayondanıq. Toy elə bir şeydir ki, hər gün gördüyün adamı belə unudursan, bir də toydan sonra ayılırsan ki, vay dədə, mən filankəsi toya çağırmamışam. Ola bilsin ki, mən onların qəlbində olmuşam, amma yaddan çıxmışam. Toyda adam nəyisə unuda bilir. Burada mən nə Alim müəllimə haqq qazandırıram,  nə də özümə. Unudula bilərəm, pandemiya elə vəziyyət yaradıb ki, doğrudan da unudula bilərəm. Mən belə düşünürəm. Bir də qarşıda gör nə qədər nəvələri var, ümid edək ki, onların toyuna çağıracaq. Çağırsa da sağ olsun, çağırmasa da".

 

Zabit Nəbizadə deyir ki, toya dəvət edilməməsi qətiyyən ona pis təsir etməyib:

 

"Çünki mən onun övladlarının toyunda iştirak etmişəm. Övladlarının toyunda paket də götürməyib. Heç kəsə icazə verməyib ki, toya pul salınsın. Nəvəsinin ad günü, kiçik toyunda iştirak etmişəm. Fikirləşdim ki, yəqin belə məsləhətdir, qismət deyil ki, mən orda iştirak etməmişəm".

 

Qeyd edək ki, fevralın 2-də Xalq artisti Alim Qasımovun nəvəsi Fatimə ilə "Natiq” ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinovun oğlu Ümidin toy mərasimi keçirilib. 

 

Xatırladaq ki, Fatimə Əməkdar artist Fərqanə Qasımovanın qızıdır.

 

Son xəbərlər

Gürcüstan Azərbaycanı ilk dəstəkləyən ölkələrdən idi

Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır

“Baku City Residences” “Dayanıqlı inşaat şirkəti mükafatı”na LAYİQ GÖRÜLDÜ

Bu həftə sonu bu bürclərin bəxti açılacaq: Hədiyyə, xoş xəbər, sürpriz...

Qonşu ölkə işıqsız qaldı

Tanınmış futbolçu faciəvi şəkildə öldü - FOTO

İstirahət gününün HAVASI

Bir günə 22 min manat

Bu qurumun işçilərinin sayı artırıldı

Prezident Qanun imzaladı: 2033-cü il yanvarın 1-dək qüvvədədir

Ancaq özlərini düşünən BÜRCLƏR: dünya-aləm veclərinə deyil

"Üzeyiri nümunə göstərmək FACİƏDİR"

"Gecə ərimlə yatdığımız yerdə durum deyim ki..."

23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir

ABŞ İraqı bombalayanda 150 milyon rus dua etdi - Səfir

Maskın uşaqlarının analarına şok təklifi ortaya çıxdı

Bu klub Mahiri transfer etmək istəyir

İrem ana olacaq - FOTO

Qızıldan tort satışa çıxarıldı - FOTO

Kommunal qiymətlərin artımına görə anasını öldürdü

Bütün xəbərlər