BAKU Azərbaycan
°C

Rəqsanə İsmayılovanın qızı Aysunun şikayəti əsasında keçmiş əri Eşqin Cəlilov həbs edilib.

Gundem.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsi ilə yanaşı 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə də təqsirləndirilib.

Nəsimi Rayon Məhkəməsində barəsindəki protokola baxılan Goranboy rayon sakini, 1993-cü il təvəllüdlü Eşqin Cəlilov hadisənin təfərrüatı ilə bağlı danışıb. O, ifadəsində gözəllik salonuna Aysunla barışmaq üçün getdiyini deyib:

"1 il əvvəl Aysunla ailə həyatı qurmuşdum. Lakin 2023-cü ilin may ayının əvvəllərində Aysun Cəlilovadan boşandım. 27 aprel 2023-cü il tarixdə Aysunla birgə icarə əsasında işlətdiyimiz Nəsimi rayonu ərazisində yerləşən "Aysun İsmayılova boutique atelye beauty center" adlı obyektə getmişdim. Orada olarkən Aysun Cəlilova ilə ünsiyyət yaratdım.

Aysun mənə qarşı nalayiq ifadələr işlətdi və həmin ifadələrdən hiddətləndiyimə görə özümə məxsus olan otaqda Aysunla birgə çəkilmiş fotomuzu vurub sındırdım. Həmin vaxt işçilərin ünvanına hər hansı nalayiq ifadə işlətməmişəm.

Daha sonra ortaq istifadə etdiyimiz noutbuku içərisində mənə məxsus olan şəxsi məlumatları köçürmək məqsədilə götürərək obyekti tərk etdim. Özümə məxsus olan məlumatları götürdükdən sonra həmin noutbuku vəkilim vasitəsilə geri qaytardım. Aysun Cəlilova ilə münasibətləri aydınlaşdırmaq və yenidən barışıq əldə etmək üçün onunla əlaqə yaratmağa çalışsam da, səylərim nəticəsiz qaldı. Sonra polis əməkdaşları tərəfindən polis bölməsinə izahatımın alınması məqsədilə dəvət olundum.

Mayın 24-də saat təxminən 16:00 radələrində polis bölməsinə getdim və orada izahatım alınaraq barəmdə protokol tərtib olundu. Halbuki tərəfimdən hər hansı nalayiq ifadə işlədilməyib, Aysun Cəlilovaya hər hansı xəsarət yetirilməyib. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş edirəm".

Zərərçəkmiş şəxs qismində izahat verən Aysun Cəlilova isə boşandıqdan sonra Eşqinin mübahisələr yaratdığını bildirib. O, Eşqinin ilk dəfə 27 apreldə adıçəkilən salona gələrək digər şəxsləri təhqir etdiyinin, nəticədə müştərilərin obyekti tərk etdiyini bildirib:

"Növbəti dəfə isə 07 may 2023-cü il tarixdə Eşqin yenidən gözəllik salonuna gəldi, orada yenə təhqirlər səsləndirərək qolumdan tutaraq itələməyə başladı və xəsarət yetirdi. Bununla kifayətlənməyərək masaüstü noutbuku da götürərək obyekti tərk etdi".

Ekspertizanın 24 may tarixli rəyində Aysunun sağ əlində xəsarətin olması və bu xəsarətin mayın 7-də əmələ gələ bilməsi qeyd edilib.

Məhkəmənin qərarı ilə Eşqin Cəlilova 30 sutka müddətinə inzibati həbs cəzası verilib.

Son xəbərlər

Mehriban Əliyevaya Fəxri Qara kəmər təqdim edildi

Qayıq batdı - 50 nəfər itkin düşdü

Laçının möhtəşəm gecə görüntüsü - VİDEO

Tovuzda avtomobil yandı - Xəsarət alan var

Yollarda görmə məsafəsi məhdudlaşacaq

Ronaldo yenidən milliyə dəvət aldı

Əhaliyə qəti xəbərdarlıq edildi – Soyuqlar başlayır

Səudiyyə generalı Fars körfəzində batdı

Bakıda ağır qəza, ölən var

Çin 2030-a qədər Aya ayaq basa bilər

1 ayda rusların rekord sayda artilleriyası məhv edildi

Yayda ayaqyalın gəzməyin xeyri

Elxan Qasımovun vəfatı ilə əlaqədar - NEKROLOQ

Ərdoğan seçiləndən sonra Rusiya ilə... - Avqust

Evə getmək üçün pulu olmadı, küçədəkiləri söyüb həbs edildi

Ordumuz hər cür addımlara cavab verəcək – Lavrov

Məşhur müğənninin qızı görün nə etdi? - İnanılmaz

Moskvada məmur və biznesmen övladları qəzaya düşdü

Paşinyan yenə Moskvaya gedir

Xaricdə yaşayan türkiyəlilər Ərdoğana daha çox hansı ölkələrdən səs veriblər?

Bütün xəbərlər