\"İnsanları ciddiyə almaq vaxt itkisidir\"
"Birini sevən insan heç vaxt qüruruna qurban edə bilməz. Qüruruna qurban edirsə, deməli, özünü daha çox sevir. Necə qınayasan belə insanı? Özünü də sevməyin kökü sevgidir".
Gundem.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. O, insanları qınamağın doğru olmadığını bildirib:
"Ümumiyyətlə insanları qınamaq nə qədər doğrudur? Axı, biz bilmirik kimin həyatı necə olub, uşaqlıqda hansı travmaları yaşayıb. Pis və ya yaxşı insan da yoxdur. Kiməsə görə pis və yaxşı insan var. Bir insan hamıya pis ya da yaxşı olmur axı. Birini tanımaq üçün heç kəsdən maraqlanmaq lazım deyil. Çünki insan hamıya eyni olmur.
Qarşımızdakı insan içimizdəki şeytanı da oyada bilər, mələyi də... İnsanları qınamaq, ciddiyə almaq vaxt itkisidir. Onsuz da hər şey bu həyatda müvəqqətidir, hamı öləcək. Rahat olun". (axşam.az)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay