BAKU Azərbaycan
°C

"Gənc nəslin yaşlı nəslə hörmətsizliyi qəbulolunmazdır. Ölkəmizdə özəl məktəblər çoxdur və təhsil xarici dildədir. Övladlarımın üçü də təhsili ingilis dilində alıblar. Əlavə məktəbdə Azərbaycan, rus və başqa (fransız, alman, ispan) dillərlə bağlı fənlər də keçiblər. Sonra da xaricdə təhsillərini davam etdiriblər".

Gundem.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb. Övladlarından bəhs edən sənətçi  iş tapmağın çətinliyinə toxunub:

"Övladlarımın hər üçü də Azərbaycan dilində danışır, amma yazıda çox səhvləri var. Qınaya da bilmirəm, çünki məktəbdə bütün fənləri ingilis dilində keçiblər. O dildə düşünürlər. İki oğlum xaricdə yaşayır. Sabah qayıdıb gəlsələr, hansısa dövlət işində işləmək istəsələr, necə olacaq bilmirəm. Uşaqlarıma yaxşı təhsil vermək üçün çox əziyyət çəkmişəm (bu ayrı mövzudur). Yaxşı məktəb və xaricdə yaxşı universitetlər çox bahadır. Mənim kimi çox valideyn övladını özəl məktəblərdə oxutdurur. Azərbaycanda da yalnız ADA Universitetinə ingilis dilində imtahan verib qəbul olmaq mümkündür. Fakültə seçimi də azdır.

Bu qədər vəsait sərf edib, 1000 manat maaşa harasa işə düzəltmək (o da tanışsız mümkün deyil) məntiqsizdir. Ömürünün 16-17 ilini təhsilə sərf edən insan, külli miqdarda pul xərcləyən valideyn əziyyətinin bəhrəsin görməyəcəksə, təbii ki ölkəmizdən kənarda işləyib yaşamağa üstünlük veriləcək. Yəni bu qədər vacib məsələlər qalıb bir kənarda, rus dilində təhsil alan və o dildə öz fikirlərini daha yaxşı izah edə bilən insanı niyə bu qədər hörmətsizləşdirirsiniz?".

Son xəbərlər

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

“Reuters”in əməkdaşı Moskvada həbs olundu

Bakıda mənzildə meyit aşkarlandı

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Derbinin qalibi "Fənərbağça" oldu

Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı

Ermənistan Müdafiə Nazirliyi çağırış etdi

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Zelenski buna görə administrasiya rəhbərini işdən çıxardı

Rasim Balayevdən Taleh Yüzbəyova sərt sözlər

İndoneziyada 6,3 bal gücündə zəlzələ oldu

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

Bakıda avtomobil yanır: yolda tıxac yarandı - VIDEO

İnsan beyni haqqında 9 MARAQLI FAKT

Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

"Sabah" qalib gələrək üçüncü pilləyə yüksəldi

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Rəqqasə Fatiməni məhkəməyə verdilər

Bütün xəbərlər