16.10.2023 / 19:54
169
Madonna səhnəyə Ukrayna bayrağı ilə çıxdı - Fotolar
Məşhur müğənni Madonnanın səhhətində yaranan problemlər səbəbindən təxirə saldığı konserti baş tutub.
Gundem.az xəbər verir ki, ifaçı ötən gün Londonda səhnəyə çıxıb. İfaçı tamaşaçılar qarşısına əlində Ukrayna bayrağı ilə gəlib.
"Don’t cry for me Argentina" mahnısını ifa edən zaman Madonnanın çiyinində sözügedən bayraq olub və o, sonda "Qorxusuz" sözlərini işlədib.
Həmçinin, Madonna Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən söhbət açaraq deyib:
"Uşaqlar, yeniyetmələr və qocaların necə əzab çəkdiyini görəndə, ürəyim parçalanır".
Axşam.az
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay