BAKU Azərbaycan
°C

Müğənni Əli Mirəliyev ötən gün əri tərəfindən qətlə yetirilən müğənni Yaqut Nərimanla bağlı müzakirələrə səbəb olan fikirlər söyləyib. 

Gundem.az xəbər verir ki, sənətçi "Bizimləsən" proqramına zəng edərək, bir vaxtlar duet oxuduğu ifaçı haqda xoşagəlməz sözlər deyib. O iddia edib ki, Yaqut dəfələrlə ona içkili halda zəng vurub: 

"Əvvəl ona kömək etdim, sonra gördüm sorağı başqa yerdən gəlir. Dedim ki, ailən, uşağın, oğlun və ayrı evin var. Ona dedim ki, get evinə. Yaqut məşhur olandan sonra belə şeylər etdi. Olan hadisələri danışıram. Olmayanları danışmıram". 

Proqramda ekspert qismində oturanlar isə Əli Mirəliyevi tənqid edərək, danışmasına imkan verməyiblər. 

Yaqutun bacısı, anası Ə.Mirəliyevin dediklərini tənqid ediblər. İfaçı bu gün "Elgizlə izlə" proqramına qatılaraq dediklərini təkzib edib.

"Bilməmişəm, əsəbi olmuşam. Şokdaydım, bilmirəm nə danışmışam" deyərək, ifaçı mərhumun anasından üzr istəyib. Yaqutun anası isə onu bağışlamadığını söyləyib. O bildirib ki, Ə.Mirəliyevin Yaquta borcu olub. 

Qeyd edək ki, Yaqut Nəriman adı ilə tanınan müğənni Yaqut Həşimova dünən Nizami rayonu ərazisində bıçaqlanaraq öldürülüb, hadisə ilə bağlı onun həyat yoldaşı Anar Həşimov şübhəli şəxs qismində saxlanılıb. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.

Son xəbərlər

Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb

Yaponiya təxminən 2 milyard dollar dəyərində COVID-19 dərmanlarını məhv edəcək

Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək

Sumqayıtda avtomobil 18 yaşlı qızı vuraraq öldürüb

Fransadakı AES-in inzibati binasında baş verən yanğın söndürülüb

Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Rusiyanın Baş nazirinin 10 müavini olacaq

Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq

"Seltik" Şotlandiya çempionatının qalibi olub

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib

Qurban Yetirmişlidən zəlzələ riski ilə bağlı AÇIQLAMA: "Ən güclü təkan..."

Azərbaycanda güclü ZƏLZƏLƏ OLDU

Ziba Osmanova iki azyaşlını maşınla vurdu

“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb

Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ!

Prezidentin festivaldakı çıxışının VİDEOSU

Putin yeni hökumətin strukturunu TƏSDİQLƏDİ

NATO-nun İsveçrə sammitindən GÖZLƏNTİLƏR: "Kiyev əmindir ki..." - AÇIQLAMA

Azərbaycan xalqını indi daha böyük inam birləşdirir  

Bütün xəbərlər