BAKU Azərbaycan
°C

Xəbər verdiyimiz kimi, şairə Nazilə Səfərli onkoloji xəstəlikdən əziyyət çəkən Əməkdar artist Aygün Bəylərin xəstəxanadan fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Nazilənin bu paylaşımı isə Aygünün səhhətində problemlərin olması ilə əlaqələndirilib. 

Gundem.az bizim.media-ya istinadən bildriir ki, Aygün Bəylər "Xəzər axşamı" verilişinin canlı efirinə zəng edərək sözügedən paylaşımdan söz açıb. 

Əməkdar artist səhhətinin pisləşməsi ilə bağlı yayılan məlumatların yalan olduğunu söyləyib: 

"Bir neçə gündür ki, səhhətimlə bağlı yayılan xəbərlərdən tamaşaçılar kimi mən də çox narahat olmuşam. Mən heç bir xəstəxanaya yerləşdirilməmişəm. Bu, yalan məlumatdır. Bu ilin sonuna, yəni iki aydan sonra canlı solo konsert vermək niyyətindəyəm. Konsertə hazırlaşıram deyə müayinələrimə daha diqqətlə yanaşıram. Çünki istəyirəm, xalqın qarşısında hesabat konserti verim. Həmişəki Aygün Bəylər kimi tamaşaçıların qarşısına çıxım. Bu nə yalan xəbər idi, heç özüm də bilmədim. Nazilə Səfərliyə çox təqid etdim ki, şəkil çəkdirməyi sevmirəm, xoşlamıram.

Amma nə etmək olar... Nazilə bizim şıltaq qızımızdır. Özü gəldi və mənimlə şəkil çəkdirdi. Həmin fotonu isə sosial şəbəkə səhifəsində paylaşdı. Paylaşandan üç dəqiqə sonra sosial şəbəkələrə yayıldı.

O dəqiqə də narahatedici başlıqla şəklim paylaşıldı. Yenə də deyirəm, mən xəstəxanaya yerləşdirilməmişəm, sadəcə ora qan analizi verməyə getmişəm. Hər şey çox gözəldir. Konsertə hazırlaşıram, əhvalım da yüksəkdir. Sağlamlığım da yaxşıdır. Həkimlər də səhhətimlə bağlı xoş sözlər deyiblər". 

Qeyd edək ki, bir müddət əvvəl Aygün Bəylərdə xərçəng xəstəliyi aşkarlanıb. Müğənni bir neçə dəfə Türkiyədə müalicələr alıb və daha sonra sağaldığını açıqlayıb. 

Milli.Az

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər