BAKU Azərbaycan
°C

"Aşk-ı Memnu" romanı əsasında ekranlaşdırılan "Bihter" filminin qala gecəsi keçirilib. 

Gundem.az xəbər verir ki, premyerada Adnan obrazını canlandıran Osman Sonant istisna olmaqla, “Bihter” komandası iştirak edib.

Sonantın ailə problemlərinə görə gecəyə gəlmədiyi iddia edilib.

Aktyorlar premyeradan əvvəl mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.

“Bihter” obrazını canlandıran Farah Zeynep Abdullah “Aşk-ı Memnu” serialı ilə bağlı sualı belə cavablandırıb: “Aşk-ı Memnu mənim üçün əfsanəvi bir əsər idi. Eyni ssenari, lakin iki fərqli iş. Bu qədər gözəl ssenari olduğu üçün bizdən sonra onu yenidən çəkəcəklər”.

Eyni sualı Behlül obrazını canlandıran Boran Kuzumun cavabı isə belə olub: “Bunun müqayisə oluna biləcəyini düşünmürəm. Hər kəs bu layihəyə fərqli, yaxşı iş görmək üçün daxil olub".

Həmin vaxt araya girən Farah Zeynep Abdullah “Aktyorlar kimi büdcələr də çox fərqlidir, niyə müqayisə olunduğunu anlamıram”, - deməsi heyəti güldürüb.

Ana və qızı canlandıran Farah Zeynep Abdullah və Hande Ataizi haqqında bir müddət əvvəl çəkiliş zamanı aralarında küsülülük olması ilə bağlı iddaların yalan olduğunu bildiriblər.

Qalada daha çox yadda qalan isə Farah Zeynep Abdullahın “Maison Margiela” imzalı libası olub. Aktrisa 124 min lirəlik libasla bağlı bunları deyib: “Qeyri-adi libas istəyirdim, tam arzuladığım paltarı geyindim. Buna görə çox xoşbəxtəm”. 

Hande Ataizi isə 1 milyon dollarlıq qolbaq taxıb. Zərgərlik şirkəti gecə üçün xüsusi olaraq aktrisaya göndərdiyi qolbaq üçün iki mühafizəçi də təyin edib. (Qafqazinfo)

Son xəbərlər

Azərbaycan səfiri Pakistanın müdafiə naziri ilə hərbi əməkdaşlığı müzakirə edib

Türkiyə ilə Yunanıstan Afina Bəyannaməsini imzalayıb

Kəlbəcərdə saxlanılan erməni diversanta 18 il həbs cəzası verilib - YENİLƏNİB-8

"Balaəlinin oxuduğu meyxana deyil, pul xatirinə olan şeydir" - Vüqar Əbdülov

Yağış, qar yağacaq, şaxta düşəcək - PROQNOZ

Seysmoloqdan zəlzələ XƏBƏRDARLIĞI: "Bu ərazilərdə daha da aktivləşəcək"

Rusiyada prezident seçkilərinin vaxtı AÇIQLANDI

Azərbaycanda gələn il fevralın 7-si qeyri-iş günü olacaq

Şuşada mina partlayıb, xəsarət alan var

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib - SƏRƏNCAM

Xəstəxanalar gücləndirilmiş iş rejiminə keçdi - RƏSMİ

“Bakı Metropoliteni” zəlzələ ilə bağlı AÇIQLAMA YAYDI 

BŞTİ: "Zəlzələyə görə bəzi valideynlər övladlarını məktəbdən götürüb, tədris davam edir"

Bakıda güclü zəlzələ oldu

Qurban Yetirmişlidən SON DƏQİQƏ AÇIQLAMASI: “Güclü zəlzələ..." - VİDEO

Məşhur rəssam faciəvi şəkildə vəfat etdi - FOTO

Bakı və Abşeronda bu fərdi yaşayış evləri təmir olunacaq

Bu ölkə Rusiyaya 45 yeni sanksiya tətbiq etdi

Qəzzada HƏMAS liderinin evi mühasirəyə alındı

Ramiz Mehdiyevin bankında 400 minlik oğurluq

Bütün xəbərlər