BAKU Azərbaycan
°C

“Bu gün bəzi müğənnilərin beş-on min manat verib “YouTube”da mahnılarını yalandan “trend” etmələri, onların bizim səviyyəmizdə olması anlamına gəlmir. Bu gün mənə də təklif olunur ki, “gəlin, mahnınızı “trend” edək…” Mən özüm-özümü niyə aldadım? Bu gün mənə də deyirlər ki, “Instagram” sosial şəbəkəsindəki səhifənin izləyicilərinin sayını artıraq, iki-üç milyon izləyicisi olsun”.

Gundem.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib.

Sənətçi pulla mahnılarını “YouTube”da “trend”ə salan və efirlərdə populyarlaşdıran ifaçıları özü ilə bir səviyyədə görmədiyini bildirib:

“Mən klip təqdimatı edəndə, Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev kimi məşhurlar gəlib. “YouTube” mahnıları “trend” olan dediyiniz ifaçılar el şənliklərində, məclislərdə iştirak edən müğənnilər olublar. Sonradan efirdə kommersiya xarakterli verilişlər açılıb, onlar öz mahnılarını orada təqdim ediblər. Zamanında kliplərim və klip təqdimatlarım üçün müəyyən vəsaitlər xərcləmişəm, sənətimə sərmayə qoymuşam. 

Amma heç vaxt pul verib efirə çıxmamışam. Kommersiya müğənnisi olmamışam. Mənim ilk dəfə səhnə çıxışım Heydər Əliyev Sarayında olub və məni Aygün Kazımova ilə Murad Dadaşov təqdim edib. Düşünmürəm ki, o müğənnilər o səhnədə elə təqdim olunublar. Şou-biznes başqa şeydir, müğənnilər, tanınmış insanlar isə başqadır. 

Toy müğənnisi əgər toyda oxuyub pul qazanırsa, bu, onun şou göstərdiyi anlamına gəlmir. Bu, şou-biznes deyil. Mənə elə gəlir ki, şounu biz göstəririk, amma biznes, yəni pulu onlar qazanır”.

Son xəbərlər

Ermənilərin törətdiyi Sumqayıt hadisələri təxribatından 36 il ötür

Günün qoroskopu: Təmaslarla əlaqələrdə səlis, diqqətli olun

Qvardiola “Qarabağ”ın rəqibinin baş məşqçisi barədə: “Fantastik işlər görür”

Dünyanın ən bahalı TOYLARI

Bakıda avtomobil marketin şüşəsinə çırpıldı

Nəşi Almaniyada yandırıldığı bildirilən həmyerlimizin anası danışdı - VİDEO

"Türkan incəsənətin FACİƏSİDİR" - Əməkdar artistə görün nə dedi

Ebru Gündeşin toyundan VİDEO

“Liverpul” tarixində üçüncü baş məşqçidir

Avtomobilinizin təkərlərinin altına plastik torba qoyun – SƏBƏB

Paşinyana bu ölkədə qızıl medal verdilər

İmişlidə qanunsuz ov edən şəxs saxlanıldı

Dünyanın ən bahalı kokteylləri – Təəccüblənəcəksiniz

“Mənə dedi ki, sosial şəbəkələrdə şəkil üçün oynayıram”

Mehriban: "”Kasıb, valideynləri nitq qüsurludur” deyib, qonşu qoymadı məni alsınlar" - VİDEO

Lüks avtomobilin üstündə silahla poza verdi, evində manat tapıldı - VİDEO

Nazirlərin görüşü: Makron yenə hər şeyi sıfırlayacaq

Məşhur aktrisa dünyasını dəyişdi

Maqnit qasırğaları kimlərə təsir edir?

Rusiya ilə savaş başlasa, bu regionu məhv edəcəyik - Litva

Bütün xəbərlər