BAKU Azərbaycan
°C

"Mən o boyda mülkdən imtina etdim ki, övladlarım yanımda qalsın. Gəlib məni şantaj etdilər ki, sənin gözəllik salonunu bağlayacayıq və sən işsiz qalacaqsan. Mən boynuma alıram ki, səhv etmişəm. Bu isə ən böyük səhvim olub. Vəkilim belə şoka düşdü ki, sən 350 min manatdan imtina etdin. Qarşı tərəf məni aldatdı, dedi ki, sənə ev verəcəyik və sən orada uşaqlarınla qalacaqsan. Ona bu addımımla sübut etdim ki, mən mülk üçün deyil, övladlarım üçün yaşayıram. İndi isə uşaqlarımın haqqını tələb edirəm".

Gundem.az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.

Mətanətin keçmiş gəlini bildirib ki, keçmiş həyat yoldaşı Kərim qızlarına söyləyib ki, sənin anan Canana yox indiki xanımı Ayseldir: "Qızım gecə saat 3-də məni görüntülü zəng vurub dedi ki, ana səni polisə verərəcəklər. Sənin bundan xəbərin olsun. Qızıma atası Kərim deyir ki, sənin anan Canana yox Ayseldir (Kərimin ikinci həyat yoldaşı - red.) Bunların hamısının da səs yazıları var".

Keçmiş həyat yoldaşı Kərimin xanımının övladlarını evə buraxmadığı ilə bağlı qalmaqallı məsələdən söz açan Canana bildirib ki, Mətanət İsgəndərli onu aldadıb: "Mən öz adımdan bütün dövlət qurumlarından xahiş edirəm ki, bu işə ciddi yanaşsınlar. Mətanət xanım olmasa, keçmiş həyat yoldaşım Kərim övladlarını çölə atacaq. Ora mənim övladlarımın evidir. O uşaqlar aylarla, illərlə o evi gözləyirlər. Onlar təzə evi gözləyirdilər. Mətanət xanım mənə demişdi ki, o evdə nəvələrimlə özüm qalacağam. Mən də söylədim ki, uşaqlarım səninlə qalsınlar. Amma o ögey ana o evə gəlməsin. Mənim xəbərim olmayıb ki, o evdə ögey ana qalır. Mətanət xanım isə məni aldadıb. Mən sonradan bilmişəm ki, gəlin orada qalır. Oğluma da söylədim ki, sən bunu mənə niyə öncədən demirdin?

Əvvəllər uşaqlarım Mətanət xanımla qalırdı. O dedi ki, təmir bitsin, nəvələrimlə yeni evə köçəcəyik. Mətanət xanıma söylədim ki, özüm üçün sizdən heç nə istəmirəm. Var-dövlət maraqlı deyil. Uşaqlarımın xoşbəxt olmaları, xoş gün görmələri maraqlıdır. Dəfələrlə özünə də demişəm ki, biz mehriban olanda, uşaqlarım da bundan sevinir". 

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabr ayında rəsmi olaraq boşanıblar. 3 övlad anadan alınaraq, ataya verilmişdi. Canana daha sonra Apellyasiya Məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu ataları Kərimdən alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə birlikdə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var. 

Son xəbərlər

Narin cinayətindən sonra 50 uşaq dövlət himayəsinə alındı

Sabah bu rayonun bir hissəsi QAZSIZ QALACAQ

USAİD-in yardımları xoşniyyətli deyil - Bayramov

"Aİ-95" benzinin qiyməti artacaq? - AÇIQLAMA

Ötən il 43 şəxs cinayət başında yaxalandı

Tanınmış modelin sinəsi çürüyür - Silikon taxdırmayın, peşmanam

Çimnaz Sultanova bu xəstəliklərdən əziyyət çəkib - Xəstəxanadan AÇIQLAMA

İsrail HƏMAS-la razılaşmanın detallarının hələ TƏSDİQLƏMƏYİB

"Samsung" işlədənlər ehtiyatlı olun - Məlumatlarınız oğurlana bilər

Çiy kartof yemək faydalıdır?

Evlənmək istəyən cütlüklərə xəbərdarlıq: mütləq bunu edin

İynəyə görə xəstə dünyasını dəyişmişdi -70 yaşlı həkim bu cəzanı aldı

Bu rayonlara qar yağır

Qadın övladını zəhərləyərək izləyicilərindən 63 min manat topladı

Azərbaycanda həkimi xəstəxananın həyətində maşın vurdu - FOTO

Nazir müdiri işdən çıxardı

Məşhur aktrisa vəfat etdi -FOTO

Beyləqanda qəzaya düşən şəxs tanınmış iş adamı imiş - FOTO

Son 10 il tarixin ən isti illəri oldu - Vilfand

Pensiyalar neçə faiz artırılacaq? -AÇIQLAMA

Bütün xəbərlər