BAKU Azərbaycan
°C

"Məni ən çox əsəbiləşdirən etmədiyim bir şeyi insanlara etmişəm kimi göstərənlərdir".

Gundem.az Olay-a istinadla xəbər verir ki, bu sözləri "Xəbərin var?" verilişində müğənni Ayan Babakişiyeva deyib.

Sənətçi yaxınlarından gördüyü xəyanətlərdən söz açıb:

"Məsələn, məni tanıya-tanıya bunu edirlər. Deyirəm, axı məni tanıyırsan, necə bunu yaraşdırırsan? Bilirsən ki, kiməm. Sənə yaxşılıqdan başqa nəsə etməmişəm. Yaxşılıq da edə bilməyəndə hamıdan uzaqlaşıram, danışmıram, bir insana məsləhət də vermirəm. Deyərsən, öz başına çarə qıl. Kimsə desə ki, sənin buna köməyin dəyə bilər, əlimdən gəlirsə, gecə 3-də olsa gedirəm. Amma mənim etmədiyim hərəkətləri boynuma şər-böhtanla qoyanda çox təsir edir. Yaşamışam. Heç bir qarşılıq verməmişəm.

Sadəcə uzaqlaşıram. Sənət dostlarımla heç nə ola bilməz. Səhv başa düşməsinlər. Mən həmkarlarımla yaxın deyiləm, o dərəcə yaxın buraxmamışam ki, mənə pislik etsin. Buraxmaram da. Bu sfera elədir ki, söz yayılır. Bir insan sınanmalıdır. Sınananlar da olub.

Mən desəm ki, aldadılmamışam, xəyanət görməmişəm, yalan olar. Elə gözəl xəyanətlər görmüşəm ki... Bu gün də yaxınlarımdan xəyanətlər görürəm. Baxıram, deyirəm, günahım nə idi? Ancaq yaxşılıq etmişəm. Əlimi uzatdığım, köməklik etdiyim insanlardan xəyanət görmüşəm. Ona görə deyirəm, şou-biznesin başına dönüm. Çünki onun da yaxını ona pislik edir. Dərdimi o, yaxşı başa düşəcək".  

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər