BAKU Azərbaycan
°C

"İkinci dəfə ailə qurmağımdan razı deyiləm. Mən "ağı qaradan ayıra bilmədim"... Həyat yoldaşım da mənim razı olmadığımı bilir. Bu barədə də ona dəfələrlə demişəm. Mən heç bilmirəm, həyat yoldaşım məni istəyir, yoxsa yox. İstək hərəkətlər və əməllərlə məlum olmalıdır". 

Gundem.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva qonaq olduğu "Həftənin qonağı" verilişində deyib.

Aktrisa ikinci həyat yoldaşı Yusif bəylə münasibətlərindən söz açıb. Naibə bildirib ki, dəfələrlə ikinci ərindən boşanmaq istəsə də, qarşı tərəf buna imkan verməyib:  

"Kişi qaya, qadın isə dənizin dalğasıdır. Vurur özünü qayaya... Qaya isə dik durur. Əks cinsin nümayyəndələri düşünürlər ki, qadınlar hər zaman narazıdırlar. Amma mən narazı deyiləm. Mən "Hər şey var, amma bu, narazıdır" düşüncəsində əsla deyiləm. Ümumiyyətlə, heç nə yoxdur. Dəfələrlə boşanmaq istəmişəm. Amma həyat yoldaşım məndən əl çəkmir. Yenə deyirəm istəmək sözdə yox, əməldə olmalıdır. Bəzən kişilər qadınlara "sevgi" sözünü belə qıymırlar. Mən şıltaq deyiləm. Küsəyənəm...

Mən insanam axı... Bəlkə də, mənim kimi qadınlar çox azdır. Bu 8 illik evliliyin 3 ilini təkcə sevgi içində yaşamışam. Çox şeylər oldu. Kaprizli insan deyiləm. Çox təmizkaram. Çox şey tələb edən qadın deyiləm. Belə qadını hansı kişi əldən buraxmaq istəyər? Qalmaqal yaradan qadın deyiləm. Bu qədər teatrda işləmişəm, amma indiyə kimi heç kimin xətrinə dəyməmişəm". 

Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Naibə Allahverdiyeva ilə ikinci həyat yoldaşı Yusif bəy arasında söz-söhbət yaranıb və aktrisa ondan ayrılmaq istəyib.

"Bizimləsən" ictimai-sosial proqramında cütlüyün ailə dramı müzakirəyə çıxarılıb. Naibənin əri verilişin canlı efirinə zəng edərək, qarşı tərəfin onu bağışlamasını istəyib. Allahverdiyeva verilişin aparıcısı Zaur Baxşəliyevin təkidi ilə ona ikinci şans verib.    

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər