BAKU Azərbaycan
°C

İsveçin Malmö şəhərində keçirilən “Eurovision 2024” mahnı müsabiqəsində Ukrayna təmsilçiləri Alyona Alyona və Cerri Heil Eurovision 2024 finalına vəsiqə qazanıblar. Müsabiqə “Eurovision Song Contest” rəsmi YouTube kanalında canlı yayımlanıb.

Gundem.az bildirir ki, Ukraynanı təmsil edən Alena Alena və Cerri Heil “Eurovision 2024"ün ilk yarımfinalında "Teresa Maria" mahnısı ilə 5 nömrəli çıxış ediblər.

Yarımfinalda finala yüksələn iştirakçılar təsadüfi qaydada və rəqiblərin aldıqları xalların ümumi sayını bildirmədən elan edilir. Hər bir ölkənin səsvermə nəticələri “Eurovision 2024” finalında ayrıca elan edilir və bununla da müsabiqənin qalibi müəyyənləşir.

Qeyd edək ki, bu il qalib eksklüziv olaraq tamaşaçılar tərəfindən səsvermə yolu ilə seçilir. Seçimi üç yolla etmək mümkündür:

Eurovision Mahnı Müsabiqəsi ərizəsi vasitəsilə;

efirdə elan edilmiş nömrələrə telefon və/və ya SMS vasitəsilə;

esc.vote saytında.

Tamaşanın rejissoru dünya ulduzları ilə əməkdaşlıq edən, Cennifer Lopez, Taylor Svift və digər Amerika super ulduzları üçün kliplər çəkən Tanya Muinhodur.

Yarışmada "Özünlə apar" mahnısını ifa edən təmsilçilərimiz Fahree və İlkin Dövlətov finala çıxa bilməyib.

“Eurovision 2024”-ün finalına Ukraynadan başqa

Serbiya;

Portuqaliya;

Sloveniya;

Litva;

Finlandiya;

Kipr;

Xorvatiya;

irlandiya;

Lüksemburq çıxıb.

Həmçinin müsabiqənin 5 təsisçi ölkəsi - Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və İspaniya, eləcə də ötən il qalib gələn ev sahibi dövlət - İsveç avtomatik olaraq finala vəsiqə qazanır.

İkinci yarımfinal mayın 9-da Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq. Burada 15 ölkə iştirak edəcək, onlardan 10-u finala yüksələcək.

Müsabiqənin finalı mayın 11-də baş tutacaq.

 

PAYLAŞ

  •  
  •  
  •  
  •  

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər