BAKU Azərbaycan
°C

Dəriyə qulluq məhsullarından keyfiyyətli nəticə almaq üçün onlardan doğru miqdarda istifadə etmək lazımdır. Bu məhsullardan az istifadə effektsizliyə, çox istifadə isə müxtəlif fəsadlara yol aça bilər. 
Gundem.az həmin məhsullardan düzgün istifadə qaydalarını təqdim edir:
Təmizləyici məhsullar
Təmizləyici məhsullardan az miqdarda istifadə olunmalıdır. Təxminən fındıq böyüklüyündə miqdar kifayət edir. 200 ml-lik qabda olan məhsul gündə 2 dəfə istifadə edilməklə 4 aya bitməlidir. 
C vitamini
Səhərlər təxminən 3-4 damcı kifayət edir. Yağ əsaslı C vitaminlərinə su əsaslı vitaminlərdən daha az ehtiyac olur. 30 ml-lik şüşə gündə 1 dəfə istifadə edilməklə təxminən 3 aya bitməlidir. 
Retinol 
İstifadə tezliyini yavaş-yavaş artırmaq lazımdır. Birinci həftədə iki dəfə, ikinci həftədən hər iki gündən bir, üçüncü həftədən isə hər gecə tətbiq etmək lazımdır. Miqdarın noxud böyüklüyündə olması tövsiyə edilir. Bu məhsuldan çox istifadə etmək dərinin qıcıqlanmasına və zədələnməsinə səbəb ola bilər.
Nəmləndirici
Nəmləndirici məhsullardan da çox istifadə edilməməlidir. 50 ml-lik qab gündə iki dəfə istifadə etməklə 3-4 aya bitməlidir.
Günəş kremi
Günəşə çıxmazdan 20 dəqiqə əvvəl istifadə olunmalıdır. Üz üçün 2 barmaq krem kifayət edir. Boğaz və sinə üçün isə miqdarı bir qədər artırmaq olar. Günəş şüasına uzun müddət məruz qalınacaqsa, hər 2 saatdan bir günəş kremi istifadə edilməlidir.(sfera.az)

Son xəbərlər

Bakıda bu yol bir neçə saat bağlı olacaq

Rus ordusu Volnoye Poleni ələ keçirdi

Tramp 11-ci dəfə baba oldu - FOTO

Bu həkimlər 9000 manat cərimələnəcək

Kartdan pul çəkənlər daha tez tapılacaq - Yeni qayda

Bəzi ərazilərdən Azərbaycana ət məhsullarının gətirilməsinəməhdudiyyət qoyuldu

Azərbaycan dili imtahanının nəticələri açıqlandı

Ermənistanda zəlzələ oldu

Ev sahibinin ayaqqabısı Ərdoğanın marağına səbəb oldu - VİDEO

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Kirayə qalanlara ŞAD XƏBƏR

Təhsildə müasir TRENDLƏR - Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi –FOTO/VİDEO

Pensiya alanların nəzərinə - Dəyişiklik edilir

Məktəblərin bağlanma vaxtı dəyişə bilər

Prezident Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir - Canlı

İstiliyin verilməsinin vaxtının dəyişdirilir

Bakı metrosunun bir xəttində ancaq YENİ NƏSİL qatarlar olacaq – RƏSMİ

Emmanuel Makron Prezident İlham Əliyevlə görüşdü - VİDEO

Prezident İlham Əliyev Albaniyada Böyük Britaniyanın Baş naziri Kir Starmerla görüşüb

İlham Əliyev Albaniyada Rəcəb Tayyib Ərdoğanla görüşüb

Bütün xəbərlər