Niyə qorxulu yuxular görürük? –ARAŞDIRMA
Yuxuda tez-tez kabus görüb oyanmağın müxtəlif səbəbləri var.
Gundem.az xəbər verir ki, kabus görməyimizə yanlız stresli həyat tərzi deyil, qidalanma da təsir göstərir. Alkoqol, zərərli maddələr və antidepressant dərmanlar yuxuya getməyi asanlaşdırsalar da yuxu keyfiyyətini pozurlar. Belə ki, qanda spirtin miqdarı aşağı endikcə yuxu dayazlaşır və insan tez-tez oyanır.
Dərinləşməyən yuxu isə kabus görməyə səbəb olur.
Tez-tez kabus görən insanlar yatmazdan 4 saat əvvəl spirtli içki və dərman qəbul etməməlidir. Yuxudan əvvəl yemək yemək də məsləhət görülmür. Mütəxəssislər son qidanı yatmazdan 2-3 saat əvvəl qəbul etməyi məsləhət görürlər. Stresli olduğumuz zaman yuxuda yaşanan emosional itensivlik şiddətlənir. Bu səbəbdən yatmazdan əvvəl qorxulu filmlərdən və kitablardan uzaq durmaq, stress verici xəbərləri oxumamaq tövsiyə edilir.
Araşdırmalar göstərir ki, kürəyi üstə yatan insanlar daha çox kabus görürlər. Bu tərz yatmaq insanlarda boğulma hissi yaradır. Nəticə etibarilə həmin insanlar qorxulu yuxular görürlər. Sağ və sol yanı üstə yatmaq isə keyfiyyətli yuxunu təmin edir. (Sfera.az)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay