BAKU Azərbaycan
°C

Londonda Milli Qalereyaya gələn qonaq hollandiyalı rəssamın 400 il əvvəl təsvir etdiyi ayaqqabıları bəyənib. Diqqətlə baxıb şəkildəki Nike loqosunu görəndə isə o, çox təəccüblənib. İncəsənətşünasların və sosial şəbəkələrdə insanların bu qəribə mənzərəyə necə reaksiya verməsi dünya mediasının gündəminə çevrilib.

Gundem.az bildirir ki, jurnalistlər 1650-ci ildə yaşamış şərab tacirinin oğlunun “Nike” loqosu olan ayaqqabı geyinə bildiyini yazıb. Sosial şəbəkə istifadəçiləri bunun zamana səyahətin sübutu ola biləcəyini qeyd ediblər.

Hadisə London Milli Galereyasında yaşanıb. Məlum olub ki, britaniyalı Fiona Foskett və qızı Holli rəssam Ferdinand Bolun “Oğlanın portreti” tablosuna diqqətlə baxdıqda, 1650-ci ildə çəkilmiş rəsmdə yalnız 1964-cü ildə yaradılmış bir obyekt müşahidə ediblər. Qəribə obyekt oğlanın ayaqqabısındakı “Nike” loqosu olub. Qalereya nümayəndələri digər izləyiciləri rəsmdə qeyri-adi bir şey tapmağa dəvət ediblər və bu qəribəliyi görən insanlardan onlarla bənzər şərhlər alıblar.
Bolun rəsmində köhnə paltarda və ayaqqabıda bir oğlan görürük. “X” (Twitter) sosial şəbəkəsindəki qalereya hesabındakı mesajlardan birinə görə, sənət tarixçiləri bunun şərab tacirinin oğlu və rəssamın ikinci əmisi oğlu Frederik Sluysken olduğunu irəli sürürlər. Bir oğlan qırmızı süfrə ilə örtülmüş stolun arxasında dayanır. Stolun üstündə bir qədəh şərab və limonlu metal nimçə var.

Şəkildəki personajın ayaqqabılarına diqqətlə baxsanız, həqiqətən də “Nike” ayaqqabılarını işarələyən ağ "şəfəq"i görə bilərsiniz. İngilis qadının qızının diqqətini də məhz bu “dəbli gəncin" geyindiyi ayaqqabılar çəkib.
Qəribə foto - “Nike” loqosu 400 illik rəsmdə

Sosial şəbəkə istifadəçiləri isə heyrətamiz görüntü üçün özünəməxsus izahatlar veriblər. Bəzi insanlar həqiqətən “Nike” loqosu olan ayaqqabıların zamanda səyahətin sübutu olduğuna inanırlar. Digərləri bunun ayaqqabının arasından görünən ağ corab parçası olduğunu bildirirlər. Bunun rəssamın lentə aldığı işığın düşməsindən optik effekt olması versiyasını irəli sürən də var. Digər fərziyyələrdən birinə görə, loqo 17-ci əsrdə brend ayaqqabıları saxtalaşdıran “quldurların” olduğunu sübut edir.

Başqa bir ehtimal, “Nike” ola bilsin ki, loqo ideyasını rəsmdə gördükdən sonra əldə edib


 

Son xəbərlər

Gürcüstan Azərbaycanı ilk dəstəkləyən ölkələrdən idi

Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır

“Baku City Residences” “Dayanıqlı inşaat şirkəti mükafatı”na LAYİQ GÖRÜLDÜ

Bu həftə sonu bu bürclərin bəxti açılacaq: Hədiyyə, xoş xəbər, sürpriz...

Qonşu ölkə işıqsız qaldı

Tanınmış futbolçu faciəvi şəkildə öldü - FOTO

İstirahət gününün HAVASI

Bir günə 22 min manat

Bu qurumun işçilərinin sayı artırıldı

Prezident Qanun imzaladı: 2033-cü il yanvarın 1-dək qüvvədədir

Ancaq özlərini düşünən BÜRCLƏR: dünya-aləm veclərinə deyil

"Üzeyiri nümunə göstərmək FACİƏDİR"

"Gecə ərimlə yatdığımız yerdə durum deyim ki..."

23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir

ABŞ İraqı bombalayanda 150 milyon rus dua etdi - Səfir

Maskın uşaqlarının analarına şok təklifi ortaya çıxdı

Bu klub Mahiri transfer etmək istəyir

İrem ana olacaq - FOTO

Qızıldan tort satışa çıxarıldı - FOTO

Kommunal qiymətlərin artımına görə anasını öldürdü

Bütün xəbərlər