Böyük yanaq sümükləri ilə məşhurlaşan bloqqer plastik əməliyyatlarından danışdı - FOTO
Dünyanın ən böyük yanaq sümüklərinin sahibi, ukraynalı bloqqer Anastasiya Pokreşçuk sentyabrın verdiyi müsahibədə çoxsaylı plastik əməliyyatları və 15 ildən sonra necə görünəcəyi barədə danışıb.
Gundem.az bildirir ki, Anastasiya xarici görünüşünü dəyişdirmək üçün tez-tez plastik cərrahlara müraciət etdiyini etiraf edib. Anastasiya Pokreşçukun sözlərinə görə, o, döşlərini, dodaqlarını və yanaq sümüklərini böyüdüb, omba və qarın plastik əməliyyatı edib və həmçinin liposaksiyaya müraciət edib. Bloqqet gələcəkdə plastik əməliyyatın onun bədəninə təsir etməyəcəyinə inanır. Ancaq yaşla əlaqədar, dəri sallandıqda, üz dərisinin dartılması lazım olacaq. Daim mediada mövzuya çevrilən məşhur yanaq sümükləri ilə bağlı Anastasiya bildirib ki, implantlardan istədiyi vaxt qurtula bilər.
“50 yaşım olanda artıq üzümdə heç bir şey olmayacaq. Dolğuları çıxartdırmaq istəyəcəyəm”- deyə bloqqer bildirib.
Görünüşünü dəyişmək təcrübəsini xatırladan Anastasiya etiraf edib ki, onun üçün ən ağrılı olan ilk döş əməliyyatı olub. Bundan sonra o, tək başına yataqdan belə qalxa bilməyib. Pokreşçuk bütün digər əməliyyatları asanlıqla keçirib. Yeri gəlmişkən, məşhur sinəsini dörd dəfə böyütdürüb.
Anastasiya qeyd edib ki, hazırda çox böyük döş implantlarına sahibdir və onlar xüsusi sifarişlə hazırlanır. O, sonuncu dəfə keçən il implantlarını dəyişdirib. Hal-hazırda Anastasiya bədənində heç bir dəyişiklik etməyi planlaşdırmır. Eyni zamanda, qadın 170 santimetr boyu ilə çəkisinə ciddi şəkildə nəzarət edir. Onun indiki çəkisi isə 50 kq-dır. (Sfera.az)
PAYLAŞ
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay