BAKU Azərbaycan
°C

Mars səthində yerləşən və hündürlüyü təxminən 2 kilometr olan Ezero Mons dağı əvvəllər vulkan kimi qəbul edilmirdi. Lakin "Communications Earth Environment" jurnalında dərc olunmuş yeni elmi tədqiqatın nəticələri bu relyef formasının partlayış tipli vulkanizmin bütün əlamətlərini daşıdığını göstərib.

Gundem.az  AZƏRTAC-a istinadən xəbər verir ki, ABŞ-ın Corciya Texnologiya İnstitutundan Sara K. Kuevas-Kinonesin rəhbərlik etdiyi tədqiqat qrupu dağın morfoloji xüsusiyyətlərini, mineral tərkibini, termal göstəricilərini və meteorit kraterlərinin sıxlığını təhlil edərək bu nəticəyə gəlib. Orbitdən əldə olunan spektral məlumatlar püskürməli vulkanik zonalara xas olan piroksen, smektit, fillosilikat və opal silisium oksidi kimi mineralların izlərini aşkarlayıb.

Dağın şimal-qərb yamacından kraterə doğru uzanan iki axın quruluşu bu yüksəklikdə vulkanik mənşə ehtimalını gücləndirir. Söhbət lava axınlarından deyil, vulkanik və ya qravitasiya fəaliyyəti ilə əlaqəli piroklastik axınlar, sel axınları və ya aşağı özlülüklü lavalar kimi qədim geoloji birləşmələrdən gedir ki, bunlar həm vulkanik, həm də qravitasiya mənşəli ola bilər.

Ezero Monsun zirvəsində yerləşən krater də vulkanik mənşə fərziyyəsini dəstəkləyir. Tədqiqatçılara görə, bu krater vulkanın zirvəsinin sektoral çökməsi nəticəsində yaranmış ola bilər. Yer kürəsində buna bənzər hadisə 1980-ci ildə ABŞ-da yerləşən Sent-Helens vulkanının püskürməsi zamanı müşahidə olunmuşdu.

Meteorit kraterlərinin sıxlığını təhlil edən alimlər bu Mars stratovulkanının səthinin təxminən 1 milyard il yaşı olduğunu müəyyən ediblər. Bu isə o deməkdir ki, bölgədəki vulkanik fəallıq əvvəllər düşünüləndən daha uzun müddət davam etmiş ola bilər.

Tədqiqatçılar Ezero kraterinin dibindəki süxurlar haqqında daha ətraflı məlumatı yalnız Perseverance kosmik gəmisinin topladığı nümunələr Yerə çatdırıldıqdan sonra əldə edə biləcəklər. Əgər fərziyyə təsdiqini tapsa, Ezero Mons Günəş sistemində başqa bir planetdə aşkar olunan ilk stratovulkan olacaq.

Əldə edilmiş nəticələr maqmatik fəallığın konkret geoloji mənbə ilə birbaşa əlaqələndirilməsinə imkan verir. Kəşf həmçinin Qırmızı planetdə onlarla, hətta yüzlərlə qədim stratovulkanın mövcud ola biləcəyini göstərir. Onların çoxu orbital çəkilişlərin məhdudiyyətlərinə görə hələ də aşkar olunmayıb. Maraqlıdır ki, Ezero Mons özü də Marsın ən çox tədqiq edilmiş bölgələrindən birində yerləşsə də, indiyədək diqqətdən kənarda qalmışdı.

Son xəbərlər

Ukraynada daha bir azərbaycanlı həlak oldu

Nazirlikdən çimərliklərlə bağlı əhaliyə - Müraciət

Ceylo bir də ərə getməyəcək - səbəbi özü açıqladı

Prezidenti sosial şəbəkələrdəki rəsmi səhifələrində Xanyurdu kəndində sakinlərlə görüşündən görüntülər paylaşılıb - VİDEO

Vəfa çətin anlar yaşadı, köməyə mühafizəçilər gəldi - VİDEO

Arif Əzizov vəfat etdi

Gənc qızın ilk iş günündə geyindiyi geyim başına bəla oldu

Bakıda ərini çarpayıdan yıxıb öldürən qadın məhkəmədə AĞLADI

“Sea Breeze”ə marşrut xətti fəaliyyətə başlayır

Sürücülərə XƏBƏRDARLIQ - Bu yol 2 gün bağlı olacaq

Premyer Liqada yeni mövsümün püşkü atıldı

1241-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

18-ci əsrdə batırılan qızıl dolu gəminin qalıqları tapıldı: Xəzinə yerindədir - FOTOLAR

Günün ULDUZ FALI - Elə qərar verilə bilər ki...

"Qızım Azərbaycandan köçdü"

Bakının bu ərazisi plana düşdü: Söküntü işlərinə başlanılır

Deputatlar yay tətilini harada keçirəcək? - SORĞU

ABŞ vətəndaşlarını bu ölkəni dərhal tərk etməyə çağırdı

Bu tarixə qədər Azərbaycanda dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ

“Hyundai Accent” “Gelandewagen”i aşırdı - VİDEO

Bütün xəbərlər