BAKU Azərbaycan
°C

Azərbaycanın Əməkdar artisti 74 yaşlı Novruz Əliyevin vəziyyəti ağırdır.

Gundem.az xəbər verir ki, bu barədə Oxu.Az-ın əməkdaşı ilə söhbət zamanı Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Novruz Qartalın həyat yoldaşı Zərqələm Əliyeva məlumat verib.

O bildirib ki, son bir neçə gündür Novruz Qartalın vəziyyəti pisləşib:


"Novruz ömrünün 55 ilini teatra həsr eləyib. Sənəti yolunda can qoyan insanlardandır. Artıq hər kəs bilir ki, bağırsaq xərçəngindən əziyyət çəkir. Gücümüz çatan qədər müalicəni edirik. Bir dəfə əməliyyat olundu. Vəziyyəti bir az stabil idi, amma son bir neçə gündür ağırlaşıb. Yemək yemir, eləcə yatır. Arada çox az su içir, vəssalam. Mən onu bu vəziyyətdə görməyə dayana bilmirəm. Hərdən mən giley edirəm, deyirəm 55 illik zəhmətinin qarşılığı bu olmamalıdır. O da deyir, xalqım məni sevir. Doğurdan da Novruz xəstəxanada olanda yaxın dostları, Novruzun sənətinə qiymət verən insanlar daim onu diqqətdə saxladılar. 

İndi xəstəxanadan çıxmışıq, neçə illərdir kirayə qaldığımız mənzildəyik. Özüm də xəstə adamam, əlimdən gəldiyi qədər Novruzun qayğısına qalıram. Maddi durumumuz yaxşı deyil, gərək sözün düzünü deyəsən. 55 illik stajı var, amma bu gün Novruzun dar günündə heç bir qurum qapısını döyüb vəziyyətini soruşmur. Vəziyyəti ağırlaşdıqca, mən qorxuram. Novruz ömrünü kirayələrdə keçirdi. Allah eləməmiş, kirayədə ölsə, mən bunu özümə bağışlaya bilmərəm. Heç olmasa aidiyyəti orqanlar bizim səsimizi eşitsin, gec olmamış Novruzun səsinə-səs versinlər. Əməkdar artistə qarşı bu cür laqeyd münasibəti başa düşə bilmirik. İstəmirəm ki, 55 ilini, sağlam canını teatra həsr edən Novruzun meyiti kirayədən götürülsün. Mən sizinlə danışdıqca Novruz eşidir, çox pis olur. Allah özü kömək olsun, nə deyək, kimə deyək?”.

Xatırladaq ki, Əliyev Novruz Yaqub oğlu 1947-ci ildə anadan olub. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışır. 2013-cü ildə Respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb, 2015-2018-ci illərdə dövlət mükafatı alıb.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər