BAKU Azərbaycan
°C

Bu ilin fevral ayında Azərbaycan mobil internetin sürətinə görə 137 ölkə arasında 37,42 MB/S sürətlə 57-ci yerdə qərarlaşıb.

Bu barədə “Speedtest Global Index”ə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan bu ilin yanvar ayına nisbətən 7 pillə irəliləyib.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ, 179,61 MB/S), sonuncu - 137-ci yeri isə Əfqanıstan (4,04 MB/S) tutub.

Ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 117-ci yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə 1 pillə irəliləməkdir. Fevralda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 27,57 MB/S olub.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı araşdırma 180 ölkədə aparılıb. Birinci yeri Sinqapur (237,15 MB/S), sonuncu yeri isə Kuba (1,88 MB/S) tutub.

Bundan başqa, yanvarda Bakı şəhəri mobil internetin sürətinə görə 3 pillə irəliləyərək 39,42 MB/S sürətlə 171 şəhər arasında 74-cü yerə sahiblik edib. Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 30,07 MB/S sürətlə 135-ci pillədə qərarlaşıb ki, bu da 1 pillə irəliləməkdir.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 229,57 MB/S sürətlə BƏƏ-nin Dubay şəhəri, sonuncu yeri isə 3,88 MB/S sürətlə Əfqanıstanın paytaxtı Kabil şəhəri tutub.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 194 şəhər rəqabət aparıb. Siyahıya Çinin paytaxtı Pekin 260,08 MB/S sürətlə liderlik edib. Suriyanın Hələb şəhəri isə 1,66 MB/S sürətlə sonuncu olub.

Son xəbərlər

Bu tarixlərdən I sinfə qəbul və məktəb seçimi BAŞLAYIR - Valideynlərin NƏZƏRİNƏ!

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Xoşqədəm Hidayətqızı izləyicisinə QARĞIŞ ETDİ: "Canına tökülsün" - FOTO

Dünən ağır qəzaya düşən aparıcı Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI

Kayrat Sarıbay: "Xəzəryanı dövlətlər iqlim dəyişikliyinə qarşı mübarizədə iştirak edirlər"

Sumqayıt qatarını DAŞA BASDILAR: Hadisəni törədən azyaşlılar imiş - VİDEO

Zelenski Qərbdən TƏLƏB ETDİ: “Ruslar irəliləyir, bizi silah-sursatla təmin edin!" 

Prezidentdən Anar Axundovla bağlı SƏRƏNCAM - FOTO

Fatmayıda OĞURLUQ - 8 manatlıq qızıl və...

AQEM-in Baş katibi: "COP29-da qəbul ediləcək qərarlar təşkilat daxilində inkişaf edəcək"

Bu MMC-yə aid yük maşını QƏZA TÖRƏTDİ Bir nəfər öldü

Azərbaycanda tanınmış prodüserin qızı VƏFAT ETDİ - FOTO

Kayrat Sarıbay: "Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir"

Ukraynanın Baş naziri: "Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq"

Ağdamda minaatan qurğular aşkar edildi

Türkiyədən vətəndaşlarına XƏBƏRDARLIQ: Bu bölgələrə getməyin!

Buraxılış imtahanlarına asan suallar salınıb? - Açıqlama

Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir

Ana və oğlu göldə boğuldular

Naxçıvan-Şahbuz magistralında qəza olub, yaralı var - FOTO

Bütün xəbərlər