BAKU Azərbaycan
°C

"Xatirələri unutmaq – yeni bilgiləri əldə etmək, öyrənmək üçün faydalı elementdir".

"Trinity" Biotibb İnstitutunun (TBSI) alimləri apardıqları araşdırmadan sonra bu qənaətə gəliblər.

Elm adamlarının tədqiqatlarının nəticələri "Cell Reports" jurnalında dərc olunub.

Bununla bağlı laboratoriya siçanları ilə təcrübələr aparılıb. Heyvanlar obyekti xüsusi məkanla əlaqələndirməli, sonra obyekt orijinal kontekstindən çıxardıqda onu tanımalı idi. Ancaq məlum oldu ki, siçanlar başqaları yarandıqda əvvəlki assosiasiyaları unudurlar.

Unutmağın bu formasının mexanizmlərini öyrənmək üçün nevroloqlar xüsusi xatirələri saxlayan beyin hüceyrələri qruplarının (enqramların) aktivləşməsini, həmçinin onların unutduqdan sonra necə işlədiyini izləyiblər.

Məlum olub ki, enqramlar arasında rəqabət dominant yaddaşa təsir edərək, "məğlub tərəfdə" saxlanan məlumatları unutdurur.
Bununla belə, bir qrup beyin hüceyrələrini təbii və süni siqnallarla, həmçinin yeni xatirələrlə yenidən aktivləşdirməklə unudulmuş fraqmentlər bərpa oluna bilər.

Kəşf yaddaşın formalaşma mexanizmlərinə işıq salır və müəyyən şəraitdə unutmanın geriyə dönə biləcəyini göstərir.

Tədqiqat həmçinin Altsheymer kimi xəstəlikləri olan insanlar üçün yeni istiqamətlərin əsasını təşkil edə bilər./Oxu.az

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər