BAKU Azərbaycan
°C

Ucdan uca şifrələmə (end-to-end encryption) təhlükəsizliyin yalnız bir hissəsidir. Lakin şifrələnmiş yazışmalar istifadəçinin bütün problemlərini həll etmir. Ona görə də inadkar rəqiblərə qarşı strategiya düşünmək lazımdır.

Gundem.az  xəbər verir ki, rəqəmsal ünsiyyətin heç bir forması tamamilə təhlükəsiz deyil. Buna görə də, açıqlanması ən riskli şeylərin, xüsusilə də həyat və sağlamlıq üçün təhlükə törətdikdə, yazışmalarda deyil, şəxsən müzakirə edilməsi tövsiyə olunur.

Kor-koranə qərarlar verməyin.

İstifadəçilər məxfiliklərini qorumaq üçün şüurlu şəkildə səy göstərirlər, lakin çox vaxt etibarlı məlumat mənbələrinə deyil, "təhlükəsizlik haqqında folklora" köklənirlər. Həmçinin, az adam tətbiqlərlə bağlı sənədləri - istifadə şərtləri, şəffaflıq hesabatı və hakimiyyət orqanları ilə qarşılıqlı əlaqə barədə oxuyur. Bunları yaxşı öyrənin: seçilmiş messencer əslində nəyi, harada və necə saxlayır, bu məlumatları kimə ötürür (və artıq ötürüb). Bu haqda şəffaflıq hesabatlarında, eləcə də mətbuatda yazılır.

Messencerin parametrlərini yaxşı öyrənin.

Onların hər birinin nə demək olduğunu anlayın və sizə lazım olan bütün parametrlər üçün ən təhlükəsiz variantları aktivləşdirin. Nəzərə alın ki, bəzi təhlükəsizlik parametrləri telefonun ümumi parametrləri (xüsusilə iPhone-da "iMessage" və Android-də "Messages by Google" üçün) və ya tətbiqin digər alt bölmələrində (Telegram üçün xarakterik olan) tapıla bilər.

Hibrid rejimlərdən istifadə etməyin.

Bir sıra messencer tətbiqlərində həm şifrəli, həm də şifrəsiz yazışmalar mümkündür. "iMessage" və "Messages by Google" tətbiqlərində siz eyni söhbət pəncərəsində açıq SMS və ya şifrələnmiş mesajlar göndərmək mümkündür. Bu, ən uğursuz qərardır, belə mesajlar həmişə qarışıq düşür. "Messenger"* və "Telegram"-da ayrı-ayrı şifrələnmiş və şifrələnməmiş söhbətlər var, standart olaraq şifrələmə istifadə edilmir. 100% mesaj şifrələnməsi əsaslı tövsiyə olunan messencerlər "Signal" və "WhatsApp"-dır.

Daha çox funksiya, daha çox risk.

Messencerin bir çox əlavə funksiyaları varsa - hekayələr, botlar, sosial şəbəkələrlə əlaqə, bu zaman məlumatların izlənməsi və açıqlanması üçün əlavə potensial kanallar da meydana çıxır. Bütün lazımsız funksiyaları söndürməyə və ya belə bir messencerdən ümumiyyətlə istifadə etməmək daha faydalı olar.

Linkə öncədən baxış, geolokasiya paylaşımı, GIF funksiyalarını söndürün.

Bəzən bu xüsusiyyətlər əlverişlidir, lakin onlar üzərindən linkin yönləndirdiyi veb sayt da daxil olmaqla bir çox müxtəlif tərəflər sizi izləyə bilər. Potensial olaraq sızma kanalı yaradan başqa bir xüsusiyyət söhbətə əlavə etmək üçün GIF-lərin axtarışıdır.

Telefon nömrəsinə bağlı olmadan işləyən messencerlər faydalıdır. Bunlara qismən "Telegram", "Messenger"* və "iMessage" daxildir, baxmayaraq ki, hər üçündə daxili ləqəb və ya e-poçt vasitəsilə ünsiyyət qurmaq üçün müəyyən qədər əziyyət çəkmək lazımdır. Məlumata görə, "WhatsApp" və "Signal" da belə bir funksiya yaratmağı planlaşdırır.

Yoxa çıxan mesajlardan istifadə edin.

Xüsusilə həssas mövzular üçün qısa müddətdən sonra (məsələn, 1 dəqiqə) yazışmaların avtomatik silinməsini aktivləşdirmək lazımdır. Təəssüf ki, bütün messencerlərdə bu cür parametrlər yoxdur, bəzilərində isə mesajın minimum görünmə müddəti 24 saatdır. Yoxa çıxan mesajlar həmsöhbətə açıq olan yazışmaları ekran görüntüsünün götürülməsi və yazışmanı saxlamaq üçün digər üsullara qarşı zəif qoruyur. Əsasən, bir müddət sonra kənar şəxslər telefonunuza müdaxilə edəndə köməyə çatır.

Söhbətlərin ehtiyat nüsxələrinizi şifrələyin.

Buluddakı standart ehtiyat nüsxələri tez-tez sızma kanalına çevrilir, buna görə də onların əlavə şifrələməyə (bunu "WhatsApp" və "iMessage-da" əl ilə aktivləşdirməlisiniz) malik olmasından və ya lokal qaydada (məsələn, Android əsaslı smartfonlarda SD kartda) saxlandığından ya da ümumiyyətlə deaktiv olmasından əmin olmaq vacibdir. Lokal qaydada saxlanılan nüsxələr də şifrələnməlidir.

Şifrələmə açarlarını vacib həmsöhbətlərlə eyniləşdirin.

Müxtəlif proqramlarda bu prosedur Сontact Key Verification (iMessage), Safety Numbers (Signal), Security Code (WhatsApp), Encryption key (Telegram) adlanır. Bu, düzgün cihazda doğru insanla söhbət etdiyinizə əmin olmağa imkan verir. Yoxlama ya hər bir xüsusi söhbət üçün göstərilən kodla, ya da şəxsi görüş zamanı həyata keçirilir.
İkifaktorlu autentifikasiyanı aktivləşdirməklə özünüzü hesabınızın oğurlanmasından qoruyun. Onu müxtəlif cür adlandırmaq olar Two-Step Verification, Registration PIN və s. - lakin onun mahiyyəti eynidir: yeni cihazda hesab daxil olmaq üçün əlavə təsdiqin tələb olunması.

Həmsöhbətlərinizi öyrədin.

Bu, "həssas" mövzular ətrafında söhbət edən qruplar üçün xüsusilə vacibdir. Onlar üçün etik və təhlükəsizlik qaydalarına birlikdə riayət etmək vacibdir:

• şəxsi məlumatları daha sonradan da göndərməmək;
• söhbətdən ekran görüntüsü və ya məlumatın digər surətlərini götürməmək;
• cəmiyyətdə məxfiliyə riayət etmək mədəniyyətini dəstəkləmək;
• messencer parametrlərindən düzgün istifadə etmək;
• söhbətlərdə potensial təhlükəli funksiyaları deaktiv etmək.
Hansı messencer ən təhlükəsiz hesab olunur?
Araşdırmaya görə, "Signal" ümumi sıralamada açıq-aydın liderdir, lakin telefon nömrənizi açıqlamadan ondan istifadə edə bilməmək işi bir az çətinləşdirir.

Lent.az

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər