BAKU Azərbaycan
°C

London İmperial Kollecinin alimləri müəyyən ediblər ki, ispanaq, kələm və brokoli kimi yarpaqlı göyərtilərdə olan fol turşusunun qəbulunun artırılması kolorektal xərçəng riskini 7% azalda bilər.

Gundem.az xəbər verir ki, nəticələr The American Journal of Clinical Nutrition (AJCN) jurnalında dərc olunub.

Tədqiqatda 70 mindən çox insan iştirak edib. Alimlər gündəlik istehlak edilən fol turşusunun (vitamin B9) miqdarının bağırsaq xərçənginin (kolorektal xərçəng) inkişaf ehtimalına necə təsir etdiyini öyrənməyə çalışıblar. Əvvəlki araşdırmalar göstərib ki, hər 260 mikroqram fol turşusu bu növ xərçəngin inkişaf riskini 7% azaldır. Bu miqdar sözügedən vitaminin tövsiyə olunan gündəlik qəbulunun 65%-nə (400 mikroqram) uyğun gəlir.

Məlum olub ki, fol turşusunun kolon xərçənginin inkişaf riskini azaltma qabiliyyəti insan genomunun müəyyən bölgəsində, xüsusən üçüncü xromosomun 3p25.2 bölgəsində baş verən dəyişikliklərlə bağlıdır. Bu transformasiya kolorektal xərçəngin qarşısını alan müəyyən mexanizmləri işə salır. 

Alimlər qeyd ediblər ki, B9 vitamini ispanaq, kələm, brokoli, günəbaxan tumları, tam taxıllar, paxlalılar, həmçinin meyvələr, xüsusilə sitrus meyvələri kimi qidalarla zəngindir. Fol turşusu qida əlavəsi kimi də mövcuddur. Tədqiqatçılar həmçinin ümumi sağlamlıqda sabitliyi qorumaq üçün sağlam pəhrizin zəruriliyini vurğulayıblar.(unikal.az)

Son xəbərlər

“Kann” kinofestivalında qırmızı xalça üzərində sürpriz - FOTO

İnsanların evinin yaxınlığındakı çimərliyə getməsini qadağan etmək istəyir 

Rusiya XİN: "Rusiya-Ermənistan münasibətlərinin pisləşməsi məsələsi İrəvana ünvanlanmalıdır"

Niderlandın Baş naziri COP29-a DƏVƏT EDİLDİ

Britninin lənəti: Castin Timberleykin sənətə qayıtması böyük uğursuzluqla nəticələndi

Aynur Sabitova vəzifəsindən AZAD EDİLDİ - FOTO

"İslam Əməkdaşlıq Təşkilatı ilə birgə mübarizə aparacağıq" - Rusiya rəsmisi

Boğaz ağrılarını yaradan SƏBƏBLƏR - Bu maddələrdən uzaq durun!

Rusiya XİN: "Rusiya sərhədçilərinin çıxarılması Ermənistan tərəfinin xahişi ilə müzakirə olunub"

Türkiyədə kimlər çevriliş cəhdi edə bilər? – “Onlar hələ də tam zərərsizləşdirilməyib, mümkündür ki...”

Məşhur restoranın fəaliyyəti DAYANDIRILDI - RƏSMİ

Azərbaycan və Türkiyə şirkətləri Anlaşma Memorandumu İMZALANDI

İsrail hökuməti BMT-nin Fələstinlə bağlı qətnaməsini RƏDD ETDİ 

Avropanın mobil telefonla ən çox danışılan ölkəsi BUDUR 

Şuşanın Turşsu qəsəbəsinə sakinlərin köçürüləcəyi tarix AÇIQLANDI

Dünyanın ən uzunömürlü heyvanları - SİYAHI 

Ukraynanın "Avroviziya" təmsilçiləri CƏRİMƏLƏNDİLƏR - SƏBƏB

Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ

Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır

Bayden və Zelenski yaxın həftələrdə görüşə BİLƏRLƏR

Bütün xəbərlər