BAKU Azərbaycan
°C

1837-ci ildə eyniadlı moda evinin əsasını qoyan Tyerri Hermesin beşinci nəsil varisi olan Nikolas Pueç 11 milyard dollarlıq sərvətini vəsiyyət etmək üçün atmaq istədiyi addımla gündəm olub.

Gundem.az  cəbər verir ki, o, bunun üçün 51 yaşlı bağbanını övladlığa götürmək qərarına gəlib. Bu barədə İsveçrənin “Tribune de Genève” nəşri məlumat yayıb. Belə ki, Pueçin öz uşaqları və həyat yoldaşı yoxdur. 2011-ci ildəki vəsiyyətinə görə, onun sərvəti İsokrat Xeyriyyə Fonduna köçürülməli idi.

Nəşrin jurnalistlərinin fikrincə, şirkətin təxminən 5-6%-nə sahib olan Pueç mərakeşli ailədən olan keçmiş bağbanı özünün qanuni oğlu və rəsmi varisi kimi tanımaq istəyir.

O, bunu rəsmiləşdirmək üçün artıq hüquqşünaslar qrupunu işə götürüb. Çünki bu məsələdə bir çox çətinliklər var: məsələn, qanuna görə, yetkin bir insanı övladlığa götürmək çox çətindir. Lakin bildirilib ki, Pueç artıq gələcək varisə ümumi dəyəri 5,9 milyon dollar olan Mərakeşdəki daşınmaz əmlakın, eləcə də Montrödəki (İsveçrə) villalarının açarlarını təhvil verib.

Qeyd edək ki, Pueç 2014-cü ildə "Hermes"in LVMH tərəfindən ələ keçirilməsindən və ailəsinin digər üzvlərinin təzyiqindən sonra şirkətin müşahidə şurasını tərk edib, lakin öz payını saxlaya bilib.

Son xəbərlər

Bu il Azərbaycan 7 milyon tona yaxın neft İXRAC ETDİ

Bu hal dolları UCUZLAŞDIRIR

Ruben Vardanyanın həbs müddəti uzadıldı - YENİLƏNDİ

Mütaliəyə olan maraq niyə azalıb? - AÇIQLAMA

Təhlükəli virus yayılır: 40 nəfər YOLUXUB - Siçanlardan...

Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır

Doktoranturaya sənəd verənlər iyul çağırışından azad olunacaqlarmı? - AÇIQLAMA 

Beynəlxalq Sülh Şəraitində Birgə Yaşamaq Günüdür

Azərbaycan I Liqasında çempion bu gün müəyyənləşə BİLƏR

"Sərhədlərin delimitasiyası üzrə protokolun imzalanması böyük uğurdur" - Paşinyan 

Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən yaxalandı - RƏSMİ

Cənubi Qafqazda növbəti XAOS PLANI: "Paşinyan özü də etiraf etdi, bundan sonra..." - AÇIQLAMA

Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü BAŞLADI

Serbiya Prezidentini hədələyən şəxs SAXLANILDI

Belarus Prezidentinin rəsmi qarşılanma mərasimi OLDU

Gədəbəyə dolu düşdü - FAKTİKİ HAVA

Slovakiyanın Baş nazirinin son durumu AÇIQLANDI

Dünya bazarlarında neft BAHALAŞDI

4-cü kurs tələbəsinin qəsdən öldürüldüyü MƏLUM OLDU - RƏSMİ AÇIQLAMA

Nobel mükafatı laureatı Azərbaycana GƏLƏCƏK

Bütün xəbərlər