BAKU Azərbaycan
°C

1961-ci il aprelin 12-si dünya tarixinə kosmosun fəthi günü kimi daxil olub. Həmin gün ilk insan kosmosa uçub. Astronavt Yuri Qaqarin Yer kürəsi ətrafında dövr edən ilk insan olub. Qaqarinin idarə etdiyi "Vostok-1" kosmik gəmisi Yerin ətrafında saatda 27 min kilometr sürətlə dövr edib. Bu tarixi uçuş cəmi 108 dəqiqə davam edib. Uçuşun ən zirvə nöqtəsi Yerdən 327 kilometr yüksəklikdə olub. Bu uçuşda onun şifrli ləqəbi "Kedr" olub. Bu şifrin hazırlanması isə azərbaycanlı general Kərim Kərimova həvalə olunub.

Xəbər verdiyimiz kimi, bu gün ilk türk kosmonavt Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da kosmosa yola salınıb. Türk kosmonavt Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq.

Bəs bu günə kimi kosmosa uçmuş türk əsilli kosmonavtlar kimlərdir?

 Gundem.az "Sfera.az"-ın  bu barədə araşdırma yazısını təqdim edir:

İndiyə qədər kosmosa 4 türk əsilli kosmonavt uçuş edib:
Bunlardan biri kosmosa uçan üçüncü şəxs və türk əsilli ilk kosmonavt olan çuvaş türkü Andriyan Nikolayevdir.

Andriyan Qriqoryeviç Nikolayev iki kosmik uçuşda iştirak edib: “Vostok 3” və “Soyuz 9” .  O, hər iki uçuşda kosmosda ən uzun müddət qalmaq rekordunu qırıb. Həmçinin “Vostok 2” və “Soyuz 8” gəmilərində ehtiyatda olan kosmonavt kimi xidmət edib. 26 yanvar 1982-ci ildə kosmonavt vəzifəsindən istefa verib.1962-ci ilin avqustunda "Vostok 3" missiyası zamanı Nikolayev Pavel Popoviçin komandanlığı altında “Vostok 4” ilə ilk iki gəmili kosmik uçuşu edib .

Kosmosa uçuşun ilk günlərində kosmosa uçuş namizədləri tənhalığa nə qədər dözə biləcəklərini görmək üçün təcrid otaqlarında qalırdılar. Namizədlər saata baxmaq imkanı olmadan mütləq sükutun hökm sürdüyü otaqlarda əyləşirdilər. Namizədlərin çoxu bu cəhddə uğursuzluğa düçar olsa da, Nikolayev bu təcrübədə ən uzun müddət (dörd gün) qalmağı bacaran və "Dəmir Adam" ləqəbini alan şəxs idi. O, 3 noyabr 1963-cü ildə ilk qadın kosmonavt Valentina Tereşkova ilə evlənib. Evliliklərindən Elena Andrionova adlı bir qızı olub. 1982-ci ildə ayrılıblar.

Andriyan Nikolayev "Lenin ordeni" , "Qırmızı Ulduz ordeni" , müxtəlif medallar və xarici ölkələrin ordenləri ilə təltif edilib. O həmçinin Bolqarıstanın "Sosialist Əməyi Qəhrəmanı" , "Vyetnam Əməyi Qəhrəmanı" və "Monqolustan Qəhrəmanı" elan edilib. Aydakı Nikolayev krateri onun adını daşıyır. Nikolayev 2004 - cü ildə Çuvaşiyanın paytaxtı Şupaşkarda ürək tutmasından vəfat edib. Ölümündən sonra Moskvada yaşayan qızı onun Yıldızkənddə dəfn edilməsini istəyib. Lakin Çuvaşiya Prezidenti Nikolayevin öz ölkəsində dəfn olunmasını tələb edib. Nəhayət, Nikolayev Şupaşkarda keçirilən mərasimdən sonra doğulduğu Sorseli kəndində dəfn edilib.


İkinci türk kosmonavt kosmosda tam olaraq 365 gün keçirən azərbaycanlı Musa Manarovdur.

O, 22 mart 1951-ci ildə Bakı şəhərində anadan olub. SSRİ Hava Qüvvələrində mayor rütbəsinədək yüksəlib. 1974-cü ildə Moskva Aviasiya İnstitutunun məzunu olub.

Təhsilini tamamladıqdan sonra 3 illik təcrübə müddətini keçib və 1978-də kosmonavt olub. 1983-cü ildən isə bu sahədə peşəkar fəaliyyətə başlayıb. Kosmosda ən uzun müddət vaxt keçirmiş 8-ci kosmonavtdır. 21 dekabr 1987-ci ildən 21 dekabr 1988-ci il tarixləri arasında uçuş mühəndisi olaraq "Soyuz TM-4" gəmisində kosmosda olub. O, 365 gün, 22 saat, 38 dəqiqə kosmosda olduqdan sonra xidmətini tamamlayıb və sağ-salamat Yerə qayıdıb.

 

Növbəti dəfə 2 dekabr 1990 - 26 may 1991 tarixləri arasında yenidən uçuş mühəndisi olaraq "Soyuz TM-11" gəmisində kosmosda olmuş, bu dəfə kosmosda 175 gün, 1 saat, 50 dəqiqə qalmışdır. Eyni zamanda üst-üstə 20 saat fəzada piyada gəzib. Musa Manarov hazırda Moskvada yaşayır, iki övladı var. Manarovun oğlu Zaur və qızı Nahidə ali təhsilli mütəxəssislərdir. Manarov kosmonavt fəaliyyətinə görə “Lenin” ordeni alıb və "Sovet İttifaqı Qəhrəmanı" adı ilə təltif edilib. 1990-1993-cü illərdə RSFSSR-in xalq deputatı olub, bir sıra yüksək vəzifələrdə çalışıb.Rusiya Federasiyası Dövlət Dumasında “Единая Россия” fraksiyasının təmsil edən deputatlardan biridir. 2011-ci ildə kosmonavtika sahəsindəki xidmətlərinə görə Rusiya federasiyasının prezidenti tərəfindən xüsusi medalla təltif edilib.


Manarov kosmosda olduğu müddətdə əyləncəyə vaxt qalmadığını deyib: "Hərdən musiqi dinləyirdik. "Mir"də fransız Jan-Lu Kretyenlə birlikdə idik. Mən açıq kosmosda işləyən kosmonavtlar üçün Azərbaycan instrumental musiqisini çaldırırdım. Amma stansiyada ikimiz olanda birlikdə açıq kosmosa çıxanda musiqiyə vaxt qalmırdı".

2013-cü ilin dekabrında Heydər Əliyev Mərkəzində ABŞ-nin Kosmik və Raket Mərkəzinin “Kosmosa səyahət” sərgisinin təqdimatı zamanı Musa Manarov çıxış edərək hazırda Azərbaycanda diqqətin səmaya yönəldiyini deyib: “Düşünürəm ki, gənclər getdikcə kosmosa maraq göstərəcək və gələcəkdə Azərbaycandan da kosmonavtlar olacaq. Azərbaycan mənim vətənimdir. Azərbaycanda Yerin dərin qatlarına həmişə diqqət çox olub. Bunun nəticəsidir ki, Azərbaycan neft ölkəsidir. Qəhrəman Azərbaycan neftçilərinin əməyi və bu neftin sayəsində İkinci Dünya müharibəsində qələbə qazanmaq mümkün olub”.

2013-cü ildə məşhur Meksika kinorejssoru Alfonso Kuaronun açıq kosmosda olmuş kosmonavtlar haqqında çəkdiyi və bütün dünyada maraqla izlənmiş “Qravitasiya” filmində Musa Manarov ekspert rolunda çıxış edib.O, "SSRİ Azərbaycan kosmonavtı", "Sovet İttifaqı Qəhrəmanı" adlarına layiq görülüb.


Üçüncü türk kosmonavt Qazaxıstan Hərbi Hava Qüvvələrinin istefada olan zabiti və Qazaxıstandan kosmosa gedən ilk şəxs Toktar Ongarbayuly Aubakirovdur. 

Toktar Aubakirov  27 iyul 1946-cı ildə Qazaxıstanın Qaraqanda vilayətinin Karkaralı rayonunda anadan olub. Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra axşam məktəbində oxuyarkən Temirtau tökmə zavodunda metal tornaçısı işləməyə başlayıb. 1965-ci ildə Hava Hücumundan Müdafiə Pilotlarının Armavir Hərbi Aviasiya İnstitutuna daxil olub. 1975-ci ildə Fedotov Test Pilot Məktəbinə qəbul olunana qədər SSRİ-nin Uzaq Şərq sərhədlərində Sovet Hərbi Hava Qüvvələrində qırıcı pilot kimi xidmət edib.

1976-1991-ci illərdə Aubakirov Mikoyan Eksperimental Konstruktor Bürosunda (MiQ təyyarəsi) sınaq pilotu kimi xidmət edib. Bu müddət ərzində o, 50-dən çox təyyarə növünü sınaqdan keçirib. O, Sovet İttifaqında ilk dəfə olaraq Şimal qütbünü keçərək, iki dəfə yanacaq doldurmaqla fasiləsiz uçuş həyata keçirib və Sovet İttifaqında ilk olaraq "MiG 29K" ilə Tbilisi təyyarədaşıyan gəmisindən (sonralar Kuznetsov adlandırıldı ) havaya qalxıb. 

1991-ci ildə SSRİ və Qazaxıstan SSR hökumətləri arasında bağlanmış müqaviləyə əsasən, Qaqarin adına Kosmonavtların Hazırlıq Mərkəzində təlimə başlayıb. 2 oktyabr 1991-ci ildə o, rus kosmonavtı Aleksandr Volkov və avstriyalı tədqiqat kosmonavtı Frans Viehböck ilə birlikdə Baykonur Kosmodromundan “Soyuz TM-13” kosmosunda uçuş komandiri kimi kosmosa çıxıb və səkkiz gündən çox kosmosda qalıb. Onların missiyası Sovet İttifaqının başlatdığı sonuncu missiya kimi yadda qalıb.1993-cü ildən Qazaxıstan Respublikası Milli Aerokosmik Agentliyinin baş direktorudur. O, Qazaxıstan parlamentinin deputatı olub. İndi təqaüdçü və məsləhətçidir.

Toktar Aubakirov Tatyana Aubakirova ilə evlidir. Onların iki övladı var: Timur (1977-ci il təvəllüdlü) və Mixail (1982-ci il təvəllüdlü).

Sonuncu türk kosmonavt Türkiyə Hərbi Hava Qüvvələrinin hərbi pilotu (F-16) və kosmosa çıxan ilk türkiyəli astronavt Alper Gezeravcıdır.

1979-cu ildə Mersinin Silifke rayonunda anadan olan Gezeravcı atasının peşəsi ilə əlaqədar Türkiyənin müxtəlif vilayətlərində yaşayıb. 

İstanbul Hərbi Hava Qüvvələri Akademiyasında Elektronika Mühəndisliyi üzrə bakalavr təhsilini tamamladıqdan sonra Gezeravcı Ohayo ştatının Dayton şəhərindəki "Wright-Patterson" Hava Qüvvələri Bazasındakı Hərbi Hava Qüvvələri Texnologiya İnstitutunda magistr dərəcəsini tamamlayıb .

Türk Hərbi Hava Qüvvələrində döyüş pilotu olaraq xidmət edən Gezeravcı, 15 il ərzində "T-41" , "SF-260" , "T-37" , "T-38" , "F-5" , "KC-135" və "F-16" kimi bir çox təyyarə ilə uçuş həyata keçirib. O həmçinin yeddi il Türk Hava Yollarında kapitan pilot kimi çalışıb. Gezeravcı son olaraq Adanadakı 10-cu Baza Komandanlığında Standartlaşdırma Eskadronunun Akademik Qanadı Komandiri və məsul personal vəzifəsində çalışıb. 

Alper Gezeravcı 2023-cü ilin son rübündə planlaşdırılan “Axiom Space-3” missiyası çərçivəsində Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq. O, digər üç beynəlxalq kosmonavtla birlikdə Kennedi Kosmik Mərkəzindən “Crew Dragon” kapsulunda uçub.  

Alper Gezeravcının kosmosda ilk sözləri Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə aid olan “Gələcək səmalardadır!” olub

Son xəbərlər

Azərbaycanda taksidən istifadə edənlərin sayı ARTIB

Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini ANDI

Mətanət İsgəndərliyə AĞIR İTKİ

Valiyə Şuşa ilə bağlı hədiyə təqdim olundu - FOTOLAR

Bakı-İrəvan arasında RAZILAŞMA: Hansı üstünlüklər var? - AÇIQLAMA 

Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş OLDU

Belarus Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ZİYARƏT ETDİ

“Ürəyim sıxılır” deyənlərin DİQQƏTİNƏ! - "Sağalmaq üçün..."

Latviya Parlamentinin spikeri Azərbaycana GƏLİR

Baş prokuror Düşənbəyə işgüzar səfərə GETDİ

Nazirlikdən sabahla bağlı SARI XƏBƏRDARLIQ! - Ölkə ərazisində...

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış OLDULAR

Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı TƏKLİF ETDİ

Lukaşenko: "Belarus və Azərbaycan sənaye sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirməyə hazırdır"

Aleksandr Lukaşenko: "Azad edilən ərazilərdə dirçəliş dövrü başlayıb"

Prezident: "Azərbaycanla Belarus arasında kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk"

İki qardaş 25 milyon dollarlıq OĞURLUQ ETDİ

İlham Əliyev: "Azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin iştirakına şad olardıq"

Aleksandr Lukaşenko: "Azərbaycan son illərdə böyük uğurlara nail olub"

Slovakiyanın Baş nazirinə hücum edəni hansı cəza gözləyir?

Bütün xəbərlər