BAKU Azərbaycan
°C

Günümüzdə qulaqlıqlardan daha çox gənclər istifadə edir. Lakin qulaqlıqlardan aşırı istifadə təhlükəli və ziyanlı vərdişdir.

Bəs qulaqlıqlardan istifadənin nə kimi zərərləri var?

Mövzu ilə bağlı Gundem.az-a danışan qulaq, burun, boğaz cərrahı, otonevroloq Nigar Muradova bildirib ki, daima qulaqlıqlarla musiqiyə qulaq asan gənclərdə, 4 ildən sonra birinci dərəcəli eşitmə pozulması müşahidə edilir.

“40-50 yaşlarda həmin insanlarda eşitmə ciddi şəkildə zəifləyir. Qulaqlar yalnız qısamüddətli uca səslərə tab gətirə bilir. Əgər belə səslər insana uzun müddət ərzində təsir edirsə, bu, mütləq eşitmənin pozulmasına gətirib çıxaracaq və karlıq yaranacaq. İnsanlar arasında eşitmə pozulmasının artımı da müşahidə edilir. Əgər həmin qulaqlıqları eşitmə aparatına dəyişmək istəmirsinizsə, qulaqlıqlardan gün ərzində minimum səviyyədə və aşağı səsdə istifadə etməlisiniz”.

Həkim bildirib ki, qulaqlıqlar qulaq iltihabına da səbəb ola bilər.

"Kənar insanların qulaqlıqlarını istifadə etmək daha təhlükəlidir. Hər bir insanın dərisində minlərlə mikrob yaşayır. Heç bir halda şərikli qulaqlıqlardan istifadə etmək tövsiyə olunmur. Uzun müddət mahnı dinləmək sinir sisteminə də mənfi təsir göstərir. Bu da özlüyündə gərginlik, baş ağrıları və təzyiq yaradır".

Son xəbərlər

BMT iclasa sükutla başladı -  Rusiyanın xahişi ilə...

İranın xarici işlər nazirinin CƏSƏDİ TAPILDI - FOTO 

Talıb Taledən Zeynəblə bağlı AÇIQLAMA: "İlk gündən onu..."

Qarabağda yeni idarə yaradıldı

İran Rəisinin ölümünü araşdırmaq üçün komissiya yaratdı

Helikopterlə bağlı yeni detal üzə çıxdı

Şeyx İranın Ali Rəhbərinə başsağlığı verdi

"Bu gecə saat 02:00-dan..." - Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ!

Azərbaycanda yeni pul nişanları tədavülə buraxıldı - RƏSMİ

İran səfirliyinin önünə gül dəstələri düzüldü

“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər TƏSDİQLƏNDİ

Sədr müavini telekanalları sərt tənqid etdi

Prezident Şahin Bayramova yüksək VƏZİFƏ VERDİ - FOTO

XİN: "Azərbaycan Tayvanın müstəqilliyini tanımır"

İlham Əliyev: "Regionda sülh üçün tarixi imkanlar yaranıb"

Boşanma zamanı qadına bu halda evdən pay düşür - Hüquqşünas AÇIQLADI

Prezident Dayqa Mierinanı QƏBUL ETDİ - FOTO - YENİLƏNDİ

"İran prezidentinin etdiyi intihardır" - Xulian Röpkedən GÖZLƏNİLMƏZ AÇIQLAMA

Əli Əsədov İranın Birinci vitse-prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycanın müdafiə naziri İrana BAŞSAĞLIĞI VERDİ

Bütün xəbərlər