BAKU Azərbaycan
°C

Bu gün İraqın keçmiş prezidenti Səddam Hüseynin edamının 15-ci ildönümü qeyd olunur.

Təhlükəsizliyini qorumaq üçün adının açıqlanmasını istəməyən amerikalılarla əməkdaşlıq edən iraqlı tərcüməçi Səddam Hüseynin həbsindən şok faktlar açıqlayıb.

Gundem.az Metbuat.az-a istinadla xəbər verir ki, tərcüməçi İraqın keçmiş prezidenti Səddam Hüseynin həbsi zamanı Amerika hərbçilərinin hansısa yuxugətirici toz şəklində dərmandan istifadə etdiyini və Hüseynin şəxsi əşyalarının əhəmiyyətli bir hissəsi oğurladıqlarını deyib.

ABŞ İraqa müdaxiləsindən sonra ölkədə mövcudluğu təsdiqini tapmayan kütləvi qırğın silahlarının axtarışı bəhanəsi ilə Hüseyni axtarmağa başlayıb.Tərcüməçinin sözlərinə görə, o, Hüseynin saxlanılması əməliyyatını həyata keçirən amerikalı hərbçilərin yanında olub. O xatırladıb ki, ABŞ Hüseynin yeri barədə məlumat verənlərə mükafat olaraq bir neçə milyon dollar vəd edib.

“Mən işə başlayandan təxminən səkkiz ay sonra onlar Səddam Hüseynin Səlahəddin əyalətinin Ed-Dur bölgəsində gizləndiyi yer haqqında, əlbəttə ki, heç kimin bilmədiyi, tamamilə məxfi məlumat aldılar. Bu yer fermada yerləşirdi, sözün əsl mənasında Dəclədən bir neçə metr aralıda, 50 metr məsafədə və ya daha da yaxında, El-Maabar bölgəsində”, – tərcüməçi deyib.

Onun sözlərinə görə, S.Hüseynin olduğu gizli yeri onun mühafizəçilərindən birinin qohumu xəbər verib, sonra bu məlumat prezidentə yemək aparan mühafizəçini izləyərək yoxlanılıb.

“Heç kim bilmirdi ki, bu, prezidentin mühafizəçisidir, amma Amerika hərbçilərinin şübhələrinə bu adamın bazarlarda ən yaxşı malları, müəyyən markaların mallarını alması səbəb olub. Bu adamın hərəkətləri şübhə doğurub, nəticədə hər şey aydın olub”, – o bildirib.

Əraziyə Amerika xüsusi təyinatlılarının bir hissəsi göndərilib, eyni zamanda desantlar enib. Tərcüməçinin özü isə qaz maskası taxmadığından ona yaxınlaşmağa icazə verilməyib.

“Oradan bir neçə nəfər çıxarıldı. Onları çıxarandan sonra soruşdum ki, kimdir onlar… Mənim zabitim dedi ki, bu, prezident Səddam Hüseyndir və onu saxlamaq üçün göndərilən xüsusi təyinatlılardır. Hətta bizə ona yaxınlaşmağı da qadağan etdilər”, – o deyib.

Əleyhqaz ona görə lazım idi ki, həm içəri, həm də bütün fermaya, bütün əraziyə yuxuladıcı qaz buraxılmışdı.

Hüseyn vertolyotla təxliyyə edildikdən sonra tərcüməçi onun yaşadığı otağa baxış keçirə bilib: eni 3,5 metr, uzunluğu isə təxminən 4 metr olan otaq idi, orada iki çarpayı olub.

“Orada iki cüt ortopedik ayaqqabı, bahalı paltarlar, ətir və şəxsi əşyalar – prezidentin qol saatı, ailəsinin bir neçə fotoşəkili, boş lentli maqnitofon və prezidentin səs yazıları var idi. Qiymətli əşyalar, onun şəxsi əşyaları, revolver var idi”, – mənbə bildirib.

“Səddam Hüseynin şəxsi əşyalarının əksəriyyəti – ayaqqabılar, saatlar, paltarlar və hətta yeməklər oğurlanıb. Hərbçilərin bəziləri bunu xatirə kimi götürüblər”, – tərcüməçi əlavə edib.

O, qeyd edib ki, təsərrüfatda əməliyyatdan sonra hər yer və hər şey – portağal ağacının tingləri, tutuquşular, iribuynuzlu mal-qara, sahibsiz itlər bir növ ağ maddə ilə örtülüb və heyvanların hamısı ölüb.

“Hərbçilər hadisə yerinə gələndə toz artıq ağacların yarpaqlarında idi. Hava soyuq idi, həmin toz daha 2-3 gün qaldı və sonra yoxa çıxdı”, – deyə tərcüməçi bildirib.

Xatırladaq ki, Səddam Hüseyn 2006-cı ildə edam olunub. Rusiyanın İraqdakı keçmiş səfiri Vladimir Titorenko bildirib ki, ABŞ-ın yaratdığı İraqın keçid hökumətinin eks-prezident Səddam Hüseynin məhkəməsini keçirmək hüququ olmayıb. 

Son xəbərlər

Azərbaycanda taksidən istifadə edənlərin sayı ARTIB

Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini ANDI

Mətanət İsgəndərliyə AĞIR İTKİ

Valiyə Şuşa ilə bağlı hədiyə təqdim olundu - FOTOLAR

Bakı-İrəvan arasında RAZILAŞMA: Hansı üstünlüklər var? - AÇIQLAMA 

Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş OLDU

Belarus Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ZİYARƏT ETDİ

“Ürəyim sıxılır” deyənlərin DİQQƏTİNƏ! - "Sağalmaq üçün..."

Latviya Parlamentinin spikeri Azərbaycana GƏLİR

Baş prokuror Düşənbəyə işgüzar səfərə GETDİ

Nazirlikdən sabahla bağlı SARI XƏBƏRDARLIQ! - Ölkə ərazisində...

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış OLDULAR

Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı TƏKLİF ETDİ

Lukaşenko: "Belarus və Azərbaycan sənaye sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirməyə hazırdır"

Aleksandr Lukaşenko: "Azad edilən ərazilərdə dirçəliş dövrü başlayıb"

Prezident: "Azərbaycanla Belarus arasında kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk"

İki qardaş 25 milyon dollarlıq OĞURLUQ ETDİ

İlham Əliyev: "Azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin iştirakına şad olardıq"

Aleksandr Lukaşenko: "Azərbaycan son illərdə böyük uğurlara nail olub"

Slovakiyanın Baş nazirinə hücum edəni hansı cəza gözləyir?

Bütün xəbərlər