BAKU Azərbaycan
°C

Nəzarət oluna bilməyən aclıq hissi haradan gəlir? Çox yeməmək üçün nə etmək lazımdır? 

Gundem.az xəbər verir ki, əksər insanları daimi narahat edən bu suallara "Rossiya" kanalındakı "Ən vacib şey haqqında" tok-şousunun studiyasında proqramın daimi eksperti, diyetoloq Marina Makişa cavab verib.

Həkimin sözlərinə görə, iştahın artmasının səbəbi həm stress, həm də müxtəlif xəstəliklər ola bilər. Adətən bunlar tiroid xəstəlikləri, anemiya, insulin müqaviməti, diabetdir. Həmçinin ani aclıq balanssız, irrasional qidalanma nəticəsində yarana bilər. 

Marina Makişa aclıq hissini azaltmağa kömək edəcək və sağlamlığınıza zərər verməyəcək qidaları sadalayıb.

Yumurta (ağ)

Zülal sizi uzun müddət tox saxlaya bilər. Protein yavaş-yavaş həzm olunur. Zülalın parçalanması nəticəsində əmələ gələn amin turşuları qana daxil olur və dörd saata qədər qanda dövr edir. Yəni beyin qidanın olduğunu anlayır. Böyük miqdarda protein ət, balıq, kəsmik, soya və pendirdə olur. Yumurta diyetoloqlara görə bir nömrəli məhsuldur. Elmi araşdırmalara görə, hər gün yumurta yeyən insanlar iştaha daha yaxşı nəzarət edir və daha az yeyirlər. Protein dəniz balıqlarında, toxumlarda və qoz-fındıqda da olur.

Avokado (yağ turşuları)

Yağlardan əlavə, avokadoda qida lifi də var ki, bu da toxluğa kömək edir. Tədqiqatlara görə, naharda bir avokado yeyən insanlar üç saatdan sonra naharı lazımi yağlar olmadan yeyənlərə nisbətən təxminən 40% daha az ac hiss etdiklərini qeyd edirlər.

Kartof (yüksək doyma indeksi)

Nişasta toxluq hissini qorumağa kömək edir. Lakin kartofun aclıq hallarının qarşısını alması üçün onu soyudulmuş halda yemək lazımdır. Çörək əvəzinə sendviçlərdə soyuq kartofdan istifadə edə bilərsiniz. Onların kalorisi üç dəfə azdır.  (Sfera.az)

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər