BAKU Azərbaycan
°C

Bir çoxları digər insanların diqqətini cəlb etməyi, mərkəzdə olmağı sevirlər. Astrologiyada bəzi bürclər müəyyən xüsusiyyətləri ilə seçilir. Bu, onları cəlbedici edir, yəni xüsusi nəsə etmələrinə ehtiyac qalmır.


Gundem.az bu dəfə bürclərin diqqət çəkən tərəfləri ilə bağlı məlumatı təqdim edir:


Qoç bürcü - Onlar həyatı döyüş meydanı kimi görürlər və hər savaşa hazır olduqlarına inanırlar. Qoç bürcü ilə mübarizə aparmaq insana bütün dünyanı qarşına almaq kimi hiss etdirir. Güclü tərəfləri digərlərini cəlb edir.

Buğa bürcü - Yeməyə düşkündürlər. Onlarla bir masanı bölüşmək maraqlıdır. Aldıqları həzzi qarşı tərəfə də rahatlıqla ötürə bilirlər. 

Əkizlər bürcü - Zəkalı insanlardır. Onlarla mübahisə bilgi yarışına bənzəyir. Yeni məlumatlar almağı sevənlər həm də əkizləri sevə bilərlər.

Xərçəng bürcü - Ailəsinə çox düşkün olurlar. Ona görə də əyləncə həyatları sıfıra bərabərdir. Buna baxmayaraq, sadiq və ailəsinə bağlı olmaları ilə diqqət çəkirlər.

Şir bürcü - Liderlik xüsusiyyəti ilə tanınırlar. Bu bürcün nümayəndələri ilə birlikdə olmaq sizi güclü hiss etdirə bilər. Sadəcə bir az diqqət kifayətdir.

Qız bürcü - Detallara fikir verirlər. Həmçinin onların bir yox, bir neçə planları olur. Çətin vəziyyətdən çıxmaq qabiliyyətləri hər kəs tərəfindən sevilir.

Tərəzi bürcü - Ədalətli olurlar, balansı qorumağı sevirlər. Qərar vermək onlar üçün çətin olsa da, problemlərin həll yollarını tapmaqda yaxşıdırlar. Bu da onların əsas diqqət çəkən tərəflərindən biridir.

Əqrəb bürcü - Onların ən diqqət çəkən xüsusiyyətləri sirli olmalarıdır. Əqrəb bürcünün nümayəndələrini kəşf etmək insanların xoşuna gələ bilər.

Oxatan bürcü - Ünsiyyətcildirlər, yeni insanlarla tanış olmağı, kəşf etməyi sevirlər. Həyatınıza əyləncə qata bilərlər.

Oğlaq bürcü - Həyatlarını işlərinə həsr edirlər desək, yanılmarıq. Onlarla istirahət planları qurmaq çox çətindir. Amma məsuliyyətli tərəfləri hər zaman cəzbedici olur.

Dolça bürcü - Hər zaman yenilikçi fikirləri ilə diqqət çəkirlər. Onlarla bir layihədə və ya işdə çalışmaq maraqlı ola bilər.

Balıqlar bürcü - Xəyalpərəstlikləri ilə tanınırlar. Bu da sizi fərqli dünyaya apara bilər. Onlarla həmsöhbət olmaq çoxlarının xoşuna gəlir. (Sfera.az)

Son xəbərlər

Maradonanın övladları futbolçunun qalıqlarının köçürülməsini istəyiblər

Britni Spirs Sem Asgaridən rəsmən boşandı və yenidən “yoxa çıxdı” - FOTO

Xəyallar gerçəkləşir: Məşhur cizgi filmindəki evi kirayələmək mümkün olacaq - VİDEO

ABŞ-də qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - FOTO

“WhatsApp” iki yeni funksiya təqdim edib - FOTO

Zeynep Bastık sənətçi yoldaşını “ifşa etdi”: Arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Kosmik uçuşlar üçün rezervasiyalar başladı - VİDEO

Bakıda bəy gəlini nikah masasında TƏRK ETDİ

Renat Dadaşov baş məşqçisiz qaldı: Volkan Dəmirəl istefa verdi

Ucar sakini: “Həkim yoxdur, xəstəyə baxmırlar” - VİDEO

Konfrans Liqasında sürpriz nəticə: “Olimpiakos” - “Aston Villa” matçında altı qol vuruldu - VİDEO

Bakıda azyaşlı ölümdən son anda xilas oldu - ANBAAN VİDEO

Türkiyə İsraillə ixrac-idxal əməliyyatlarını dayandırıb - YENİLƏNİB

Sumqayıtda çirkab suları evlərə dolur - VİDEO

“Bayer” “Roma”ya qalib gələrək rekordunu yenilədi - VİDEO

300 min azərbaycanlının qayıdışı: İrəvan kuluarlarında nələr müzakirə edilir? - VİDEO

Azərbaycanın profilaktik peyvəndlər təqviminə əlavə edilən yeni vaksin məcburidir? - YENİLƏNİB + VİDEO

London derbisi: “Çelsi” “Tottenhem”dən üstün oldu - VİDEO

İtkin düşən 73 nəfərdən biri: Şahlar Ağayevin yaxınları danışdılar - VİDEO

UEFA-ya hər görüş üçün cəza ödəyən baş məşqçi ilə yolları ayırıb

Bütün xəbərlər