BAKU Azərbaycan
°C

Albert Eynşteyn nəzəri fizika deyildikdə ağıla ilk gələn şəxs olmaqla yanaşı, həm də elmin müasir simvollarından biridir. Eynşteynin 1922-ci ilin oktyabrından 1923-cü ilin martına qədər olan səfəri zamanı “BBC “və “Guardian” tərəfindən nəşr olunan və Yaxın Şərqi marşrutuna daxil edən gündəliyinə qeyd etdiyi şeylər oxuyanların bəzilərində təəccüb, bəzilərində qəzəb yarada bilər. Bilməyənlər üçün bildirək ki, normalda irqçi insanların ən aşağı İQ-yə malik olduğu qəbul edilir. 

Gundem.az bildirir ki, Eynşteyn özü 1933-cü ildə Almaniyada və Avropada işləyərkən yüksələn nasist hərəkatından xilas olmaq üçün ABŞ-da məskunlaşıb və təhsilini davam etdirərkən nüvə əleyhinə də mövqe tutub.
 
Bütün bunlara əlavə olaraq, Princeton Universitetində Eynşteynin itirilmiş əsərlərini araşdıran qrup, onun İspaniyadan Çinə, o cümlədən Yaxın Şərqə uzanan bir marşrutda saxladığı gündəlikləri nəşr edib.

Eynşteynin gündəliyində Çinliləri səfərinin bir hissəsində apardığı müşahidələrə əsaslanaraq, çalışqan, lakin pinti və bir qədər də küt kimi təsvir etmişdir.
Təbii ki, Eynşteyn bu xüsusiyyətləri izah edərkən mədəni fərqlərdən də bəhs edir. O, çinlilərin məhsuldarlığının təhlükəli olacağını qeyd etməklə yanaşı, digər irqləri məğlub etsələr yaxşı nəticənin olmayacağını da qeyd edir. Eynşteyn bu qənaətini bir müşahidə ilə bəzəməkdən çəkinmir:

“Hətta buradakı uşaqlar da ruhsuzdurlar və onlar da çox ağıllı görünmürlər”.
Çinlilərin çalışqanlığı isə Eynşteyndə fərqli əksini tapır.

Onun sözlərinə görə, Çində rastlaşdığı insanlar bütün bu illər ərzində heç bir yorğunluq əlaməti göstərmədən at kimi işləməkləri bir yana, günü-gündən robota bənzəyirlər . Eynşteyn bu vəziyyətə əsaslanaraq onların insanlardan çox robotlar ordusu olduğunu yazır.
"Çin xalqına baxanda qadın və kişilər arasında nə qədər az fərq olduğunu gördüm."

Bu oxşarlıq o qədər heyrətamiz görünür ki, Eynşteyn deyir ki, kişilərin həm məhsuldarlıq qavrayışı, həm də verdikləri təəssüratlar baxımından Çin qadınlarından necə enerji aldıqlarını başa düşə bilmir.
Çindən fərqli olaraq, Eynşteyn yaponları bu cüt tənqid etmir. Amma yenə də yaponları da tam bəyəndiyini demək olmaz.
"Yaponlar təvazökar, nəzakətli və eyni zamanda çox cəlbedicidirlər."
Eynşteynə görə, yaponların intellektual ehtiyacları bədii ehtiyaclarından daha zəifdir. Bunun fitri olub-olmaması insanı təəccübləndirən bu detalda gizlidir.

Bu gündəliklərə çoxlu şərhlər gəlib. Gündəlikləri gördükdən sonra şoka düşdüyünü deyənlər arasında “Eynşteyn Qeydləri” Layihəsinin rəhbərlərindən Ze'ev Rosenkranz da var. Xüsusilə də Çin haqqında dedikləri ilə.
Rosenkraza görə, Eynşteynin yolda rastlaşdığı insanların bəzən bioloji səbəblərdən, bəzən də intellektual olaraq geri qaldığına dair tezisləri bir nöqtədə ikiüzlülük kimi qiymətləndirilə bilər.

Bəziləri də o dövrün anlayışında bunların normal olduğunu iddia edirlər. Onların tezisi belədir: o illəri siyasi korreksiya çağında qiymətləndirmək gülüncdür.
Eynşteynin zəkasını da vurğulayaraq, bu müdafiəni tənqid edənlər var.
İrqçiliyin tənqidinin günümüzün ixtirası olmadığı və buna görə də bu fikirlərin keçmişdəki irqçilik konteksti olmadan dəyərləndirilə bilməyəcəyi bildirilir. Həmçinin qeyd edilir ki, məhdud müşahidələrə və nisbətən təsadüfi məlumatlara əsaslanaraq belə bir nəticə çıxarmaq açıq irqçilikdir.

Dünyanın indiyə qədər yetişdirdiyi ən böyük dahilərindən biri olan Eynşteynin qələmindən gələnlərə baxanda, insanın məntiqi donur.

 

Son xəbərlər

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Rəşad Dağlının qızının səhhətində problem yarandı, təcili əməliyyata götürüldü - FOTO

Leysan və qar yağıb - Ölkədə FAKTİKİ HAVA

Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”

Qətlə yetirilən tələbə Könülün ailəsində daha bir FACİƏ

“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı mərhələsi KEÇİRİLİR

DİM-in yeni korpusunda ilk kütləvi imtahanlarKEÇİRİLİR

Abşeron və Qaradağda qanunsuz tikintilərin qarşısı ALINDI - FOTO/VİDEO

Bakıda nənəsini və həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs SAXLANILDI

Buraxılış imtahanının nəticələri açıqlandı

Azərbaycanda peyklə yayımlanan radiokanalların sayı ARTDI

Məşhur müğənninin həbsinə səbəb olan GÖRÜNTÜLƏR - FOTO

"TikTok"dan istifadəçilərini narazı salacaq ADDIM - Artıq...

Putindən Xarkovla bağlı MÜHÜM AÇIQLAMA: "Bu gün..."

Lerikdə dağ uçdu, qaya parçaları yolu BAĞLADI

Aprelin 21-dəki buraxılış imtahanının nəticələri AÇIQLANDI

Əməkdar artist müğənnini LAĞA QOYDU: "Hissdir, kömürdür bilmirəm..." - VİDEO

Gəncədə avtomobil qaçıran şəxs SAXLANILDI

AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə GÖRÜŞDÜ

"Telefon, hesab və fərdi məlumatlarınız..." - Əhaliyə təhlükəsizliklə bağlı XƏBƏRDARLIQ!

Bütün xəbərlər