BAKU Azərbaycan
°C

Mayın 11-də Günəşdə silsilə partlayışlardan sonra Yer kürəsində son 20 ildə ilk dəfə olaraq yüksək səviyyəli maqnit qasırğası baş verə bilər.

Gundem.az RBK-ya istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının rəhbəri Sergey Boqaçov açıqlayıb. 
Onun sözlərinə görə, son bir neçə ildə Günəşdə 3 və 4-cü səviyyəli tufanlar olub, 5-ci və yuxarı səviyyəli tufan isə son 20 ildə qeydə alınmayıb: “Günəş fırtınası Yerin maqnit sahəsində Günəşin fəaliyyəti nəticəsində yaranan pozğunluqdur. Bu hadisə maqnit sahəsində dalğalanmalara səbəb ola bilər ki, bu da öz növbəsində keçiricilərdə, o cümlədən insan orqanizmində elektrik cərəyanlarının yaranmasına səbəb olur”. 

Sergey Boqaçov bildirib ki, maqnit sahəsinin insan sağlamlığına təsiri tam öyrənilməyib və mübahisəlidir: “Bəzi elm adamları bunu hava həssaslığı ilə müqayisə edirlər. Havadan asılılığa meylli insanlar narahatlıq, baş ağrıları və əhval dəyişikliyi hiss edə bilər. Digərləri təsirin əhəmiyyətsiz olduğuna və ya tamamilə olmadığına inanır”. 
Boqaçev hava şəraitindən asılılığa meyilli insanlara düzgün istirahət etməyi, stressdən və həddindən artıq işdən çəkinməyi, həmçinin sağlamlıqlarına nəzarət etməyi və zəruri hallarda həkimə müraciət etməyi tövsiyə edib: “Günəş fırtınalarının proqnozlaşdırılmasının mürəkkəb bir iş olduğunu və dəqiq nəticələri proqnozlaşdırmağın çətin olduğunu başa düşmək lazımdır. Bununla belə, mümkün riskləri nəzərə alaraq, məlumatlı olmaq və ehtiyat tədbirləri görmək vacibdir”.  (Sfera.az)

Son xəbərlər

Cavanşir körpüsü sökülür, nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILDI

Günəşdə partlayışlar bu tarixdə maksimuma ÇATACAQ

Azərbaycanda olan işsizlərin sayı AÇIQLANDI

Siyasi liderlərin həlak olduğu QƏZALAR - XRONOLOGİYA

Putin müdafiə nazirinə yeni müavin təyin etdi

İtaliya Azərbaycana yeni səfir TƏYİN ETDİ

Ərdoğan Nazirlər Kabinetini topladı

Mincivan qəsəbəsinə köçürüləcək sakinlərin sayı AÇIQLANDI

51 yaşlı qadını döyüb telefonunu əlindən aldı - FOTO 

“iPhone”un ən bahalı və ən nazik modeli TƏQDİM EDİLƏCƏK

Qayınanası ilə evləndi və toy xərclərini qayınatası ödədi 

“Yaralı” qanadlar: İranda son illərin aviasiya qəzaları – DOSYE

BMT iclasa sükutla başladı -  Rusiyanın xahişi ilə...

İranın xarici işlər nazirinin CƏSƏDİ TAPILDI - FOTO 

Talıb Taledən Zeynəblə bağlı AÇIQLAMA: "İlk gündən onu..."

Qarabağda yeni idarə yaradıldı

İran Rəisinin ölümünü araşdırmaq üçün komissiya yaratdı

Helikopterlə bağlı yeni detal üzə çıxdı

Şeyx İranın Ali Rəhbərinə başsağlığı verdi

"Bu gecə saat 02:00-dan..." - Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ!

Bütün xəbərlər