BAKU Azərbaycan
°C

“Renessans Ko Ltd” MMC martın 9-da “GP Kotton Holdings” MMC ilə birləşdiyini elan edib. 

“Turan” informasiya agentliyinin araşdırması nəticəsində müəyyən edilib ki, “Renessans Ko Ltd” 1998-ci ildən Azərbaycanda pambıq biznesinə nəzarət edir.

Bu şirkət haqqında kommersiya hüquqi şəxslərin reyestrindən aktual məlumatlar Dövlət Vergi Xidməti tərəfindən gizlədilir. Şirkətin direktoru, onun nizamnamə kapitalının miqdarı haqqında heç bir məlumat yoxdur.

Agentliyə daxil olan məlumata görə, 2006-cı ilin martında şirkət 100% fiziki şəxs, Azərbaycan rezidenti Hikmət Abuzər oğlu İsmayılova məxsus olub. Həmin vaxt “Renessans Ko Ltd” “MKT İstehsalat Kommersiya” MMC-nin 80% pay iştirakının sahibi olub. Sonuncu şirkət pambıqçılıq və emalı bazarında, o cümlədən toxuculuq sənayesində inhisarçı olmaqla yanaşı həm də aktivində kommersiya daşınmaz əmlaka malikdir.

Hikmət İsmayılov “Azsığorta” ASC sığorta şirkətinin 100%-lik təsisçisidir. O, həmçinin “AFB Bank” ASC-nin səhmlərinin 99,64%-nə, “Bank of Baku”nun səhmlərinin isə 31,11%-nə sahibdir. O, “Azdemir Ltd” və “CBS-PP” şirkətlərinin sahibidir. Hikmət İsmayılova “NH Investment”, “Professional Real Estate Servis”, “Fud and Snak Qrup”, “Gilan FMCG Qrup”, “Promenade Properties”, “AzF Ko Ltd” və “Avant Treding” şirkətləri məxsusdur.

Hikmət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır.

“GP Kotton Holdings” MMC-nin nizamnamə kapitalı 300,4 milyon manat, “MKT İstehsalat Kommersiya” MMC-nin nizamnamə kapitalı 357,2 milyon manatdır. Hər iki şirkətin direktoru Rövşən Həsən oğlu Həsənovdur.

Son xəbərlər

Tanınmış həkim faciəvi şəkildə öldü -FOTO

“Mbappe Messini qısqanırdı”

Sabah yağış yağacaq

Bakıda məşhur şadlıq sarayında nöqsanlar aşkarlandı – FOTO

Bakıda xanım biznesmen vəfat etdi - FOTO

Çimnaz Sultanova xəstəliyini niyə gizlədib?

Boks məşqçisi hücuma məruz qaldı: Çənəsini sındırdılar

İrakli Kobaxidze Əli Əsədovla görüşdü

“Qarabağ” “Şamaxı”nı qəbul edəcək

Manafdan həmin ifadə ilə bağlı açıqlama -VİDEO

Qanunsuz çıxarılan 60 nəfər əvvəlki işlərinə qaytarıldı

Azərbaycanda 1 milyondan çox insana 200 manat VERİLƏCƏK? -MÜHÜM AÇIQLAMA

Xəstəxanaya getmişdi, qəfil öldü

İmran Xana hökm oxundu

Anar Cəfərov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Niyam Salami dələduzluqda ittiham olunur

Bakıda 37 milyona park salınır

Nazir müavininin qızı da cəza alıbmış - FOTO

Azərbaycanda ərzaq məhsulları ucuzlaşa bilər

Teymur Əsgərzadə yüksək vəzifəyə TƏYİN OLUNDU

Bütün xəbərlər