Astrologiyanın ən gözəl BÜRCLƏRİ
Astrologiyada bəzi bürclər gözəlliyi və cəlbediciliyi ilə diqqət çəkirlər. Onların görünüşü, danışığı, duruşu hamıdan fərqlənir.
Gundem.az həmin bürcləri təqdim edir:
TƏRƏZİ
Tərəzi harmoniya və tarazlığı təmsil edir. Tərəzilər adətən fiziki xüsusiyyətləri ilə bütün diqqətləri çəkirlər. Gözəlliyin təcəssümü olan Tərəzilər həmişə baxımlı olurlar.
ŞİR
Şirlər anadangəlmə liderdirlər. Onlar hər şeydə qabaqcıldırlar. Şir bürcünün şirin sözləri və özünəməxsus üslubu insanların dərhal diqqətini cəlb edir.
BALIQLAR
Emosional və həssas Balıqlar da gözəlliyi ilə diqqət çəkən bürclər arasındadır. Təbii və şirin görünüşləri sayəsində həmişə diqqət çəkirlər. Onları həmişə baxımlı, dəbli və sadə görə bilərsiniz.
QOÇ
Qoç həmişə iddialıdır. Görünüşlərinə çox əhəmiyyət verirlər. Adətən çox gözəl geyinirlər.
ƏQRƏB
Əqrəb ən güclü auraya malik bürclərdəndir. Əqrəb həmişə nəcibliyi ilə diqqəti cəlb edir. Əqrəblərin qarşısıalınmaz enerjili və həmişə sirli təbiəti onların cazibədar görünməsinə kömək edir. (Sfera.az)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay