BAKU Azərbaycan
°C

Gürcüstanda LGBT təbliğatı qadağan edilib.
Gundem.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili qanun imzalayıb.
Qeyd edək ki, bundan əvvəl Gürcüstan Prezidenti Salome Zurabişvili qanunu imzalamaqdan imtina edib parlamentə geri göndərmişdi. Gürcüstanın qanunverici orqanı isə sentyabrın 17-də qanun layihəsinin üçüncü və sonuncu oxunuşunu qəbul edib.
“Bu gün Gürcüstan Konstitusiyasına uyğun olaraq, Salome Zurabişvilinin imzalamaqdan imtina etdiyi “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunu imzalayıram. İmzaladığım qanun keçici, müvəqqəti və dəyişkən ideyalar və ideologiyalar, sağlam düşüncəyə, tarixi təcrübəyə və əsrlər boyu möhkəm qalan xristian, gürcü və Avropa dəyərlərinə əsaslanır”,- Papuaşvili bildirib.

Papuaşvili prezidentin qanunu imzalamaqdan imtinasının təəccüblü olmadığını deyib və onu “nominal müxalifət lideri” kimi xarakterizə edib. Parlament sədrinin sözlərinə görə, o, qanunun ölkənin Qərb tərəfdaşlarının tənqidinə məruz qalacağını yaxşı bilir.

Məlumata görə, qanunvericiliyin əsas məqsədi nikah, yetkinlik yaşına çatmayanların övladlığa götürülməsi və cinsi kimliyin dəyişdirilməsinə yönəlmiş tibbi prosedurlarla bağlı məsələlərə aydınlıq gətirməkdir.

Yeni düzəlişlərə əsasən, kişi və qadından başqa hər hansı nikahlar, həmçinin yetkinlik yaşına çatmayanların eynicinsli cütlüklər tərəfindən övladlığa götürülməsi və cinsiyyət dəyişdirmə əməliyyatları qadağan edilir. Qanun pozuntuları bir ildən dörd ilədək həbs cəzası ilə cəzalandırılacaq. Məktəblərdə LGBT ideyalarının təbliğinə görə fiziki şəxslər 1500 lari (930 manatdan çox) və təşkilatlar 4000 lari (2400 manatdan çox) məbləğində cərimələnəcək. Yayımçılara eyni cinsdən olan intim səhnələri göstərmək və bu cür məzmunu reklam etmək qadağan olunacaq. LGBT ilə bağlı reklamlara görə fiziki şəxslər 800 lari (təxminən 497 manat), qurumlar isə 2500 lari (təxminən 1554 manat) məbləğində cərimələnəcək.

Yetkinlik yaşına çatmayanlara cinsiyyət dəyişikliyi və ya eynicinsli münasibətlər haqqında məlumatların verilməsi fiziki şəxslər üçün 1000 lari (təxminən 621 manat), hüquqi şəxslər üçün isə 3000 lari (1860 manatdan çox) məbləğində cərimə ilə cəzalandırılacaq. Bundan əlavə, LGBT ideyalarını təbliğ etmək məqsədi daşıyan ictimai toplantılar və ya mitinqlər də qadağan ediləcək.  (Sfera.az)

Son xəbərlər

“Sabah”ın qapıçısından qalmaqallı açıqlama - “Klubda mənə ayrıseçkilik olundu”

Avtobuslara onlayn bilet satışı 2 dəfəyə yaxın artıb

Görün Ukrayna ABŞ-dan nə istəyir: Zalujnı xahiş etdi

Qadın iynədən şoka düşüb öldü

Azərbaycanlı müğənninin aksessuar qiymətləri "dodaq uçuqlatdı" - tək saatı 20 min manat... - FOTO

Azərbaycanda əhalinin sayı ARTDI

Faciəvi şəkildə ölən 3 azyaşlının GÖRÜNTÜLƏRİ KÖVRƏLTDİ

Azərbaycana "cəhənnəm istisi" gəlir - BU TARİXDƏN

Daha 2 abidəmiz UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Ölkəmizdə nikah sayı artdı, boşanma azaldı

Pensiyalar ödənildi

Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı

Tanınmış vəkil vəfat etdi - FOTO

Türkiyəli general-mayor Azərbaycanda səfərdədir

Baş nazir vacib qərar imzaladı

Fransada bu qədər insan yoxsulluq içində yaşayır - say açıqlandı

39 yaşlı Ceko bu klubda oynayacaq

Ötən ilin dövlət büdcəsinin icrası təsdiqləndi

Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin gəlir və xərcləri

Bütün xəbərlər