BAKU Azərbaycan
°C

Bakı şəhərində xeyli sayda qəzalı bina var. Belə ki, 2024-cü ilin əvvəllərində paytaxtda qəzalı olduğu üçün siyahıya alınan 130 binadan 65-i ilə bağlı sənədlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub. Artıq onlardan bəzilərinin sökülməsi işlərinə start verilib.
Ötən əsrdən qalan təhlükəli “miras”

Qəzalı binalar əsasən ötən əsrin əvvəllərində və 1950-1960-cı illərdə inşa edilib. Məlum olduğu kimi, vaxtilə əhalinin mənzilə artan tələbatını ödəmək üçün Sovet hökuməti digər mərkəzi şəhərlərlə yanaşı, Bakıda da yeni layihələrə start verdi. İkinci Dünya müharibəsindən sonra Bakıda xeyli sayda yeni, çoxmərtəbəli binalar inşa edildi. O dövrdə yeni tikilən binalar ölkə rəhbərliyinin adına uyğun olaraq "stalinka", "xruşovka" adlandırılırdı. 


Artan tələbat qarşısında işləri yüksək səviyyədə apara bilməyən Sovet hökuməti vəziyyətdən çıxış yolu kimi qısamüddətli layihələrin icrasına başladı. O zaman inşa edilən “stalinka” və “xruşovka”lar 30-40 il istismar üçün nəzərdə tutulurdu. Çünki həm tikinti materialların keyfiyyətsizliyi, həm də bəzi materialların insan sağlamlığı üçün təhlükəli olması bunu zəruri edirdi. 

Məsələn, “stalinka” tipli binalarda epoksiddən  çox istifadə edilib. Bu material insan sağlamlığı üçün təhlükə mənbəyidir. “Xruşovka” binalarının bünövrəsi və yan divarları isə çox nazikdir. Belə binalarda bir qayda olaraq rütubət müşahidə olunur. Bu da bir tərəfdən insan sağlamlığına zərər vurur, digər tərəfdən isə binanın ömrünü qısaldır. Ona görə də bu cür binalardan qurtulmağın zamanı gəlib... 

Qəzalı binalarla bağlı hansı tədbirlər görüləcək?

Təsadüfi deyil ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilən Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapan əsas məsələlərdən biri də köhnə binaların sökülməsidir. Belə ki, 2040-cı ilə qədər Bakıdakı köhnəlmiş mənzil fondunun ümumi sahəsinin iki dəfədən çox azaldılması nəzərdə tutulub. Təbii ki, Baş plana əsasən təkcə qəzalı yaşayış binaları yox, həm də bəzi ictimai binaların da sökülməsi nəzərdə tutulub. Çünki bu binalar artıq real təhlükə mənbəyidir.r

Qeyd edək ki, Bakıda qəzalı vəziyyətdə olan, ömrünü başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq Komissiya yaradılıb. Həmin komissiya qəzalı binaların dislokasiyasını hazırlayır. 

Hazırda Bakının bir sıra ərazilərində, o cümlədən Yasamal, Nəsimi, Nərimanov, Binəqədi və digər rayonlarında qəzalı binaların söküntüsünə başlanılıb.

Məsələn, hazırda Nərimanov rayonu ərazisində, Fətəli xan Xoyski 212 və 214 ünvanlarında yerləşən binalar sökülür. Bu binalar 1956-cı ildə Bakı Şin Zavodunun yataqxanası kimi tikilib və həmin zavodun işçilərinə verilib. Lakin binalar qəzalı halda olduğu üçün orada yaşamaq çox təhlükəli idi. Ona görə də yataqxanaların sökülməsinə qərar verilib.


Bundan əlavə, Nərimanov rayonunun Qarabağ küçəsində yerləşən köhnə və qəzalı binaların da sökülməsi işləri aparılır

Ölüm saçan binaların sökülməsi niyə vacibdir?

Paytaxtın mərkəzi ərazilərində xeyli sayda yaşayış bina qəzalı vəziyyətdə qalmaqdadır. Məsələn, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi 5, o cümlədən Badamdar qəsəbəsi, Seyran Məmmədov 3 ünvanında yerləşən yataqxanalar da qəzalı durumdadır. 

Qeyd edək ki, paytaxtda qəzalı vəziyyətdə olan tikililər yalnız yataqxanalar deyil. Bir sıra ictimai binalar və hotellər də qəzalı vəziyyətdədir. Bu binaların istismarı isə olduqca təhlükəlidir. 

Çünki həmin tikililərin özülləri və istinad divarları ciddi zərər görüb. Onların təmir olunaraq istismara yararlı vəziyyətə gətirilməsi isə mümkün deyil. Yeganə çıxış yolu həmin binaların ən qısa zamanda sökülməsi və yerində şəhər memarlığına uyğun müasir binaların tikilməsidir. (bizimmedia)

Son xəbərlər

Tiktok bu ölkədə qadağan edilə bilər

Qurban Qurbanovun sabiq köməkçisi İngiltərə klubunda baş məşqçi oldu

Az miqdarda alkoqolun ölümcül ola biləcəyi xəstəliklər - Xəbərdarlıq

Messi "Qalatasaray"a transfer olacaq? - Şok iddia

Azərbaycanda sexdə partlayış - xəsarət alanlar var - FOTO

Bu şəxslərə südlü qəhvə içmək olmaz

Bakıda qadını aldadıb pullarını alan şəxs tutuldu

26 yaşlı qız dəm qazından boğularaq öldü

Qadının boğazı kəsildi - 16 yaşlı oğlu və kürəkəni saxlanıldılar

Aparat rəhbərinə ağır itki - FOTO

Elnarə Abdullayevanın ailəsində pis xəbər

İsmayıllıda yanğın

Naxçıvanda ağır qəza - Ölən var - FOTOLAR

Sabah Bakıda leysan olacaq

Elnur Nağdəliyev direktor təyin olundu

Xırdalanda 64 yaşlı qadın 47 yaşlı kişini polisə verdi

DYP bu sürücülərə MÜRACİƏT ETDİ

20 gündür itkin düşmüş şəxsin meyiti tapıldı

Azərbaycanda generala hökm oxundu - 143 milyonluq mənimsəmə

Pənah Bəkirov vəfat etdi - FOTO

Bütün xəbərlər