Rusiya-Ukrayna müharibəsində bu tarixdə yenilik olacaq
NATO-nun keçmiş baş katibi Yens Stoltenberq hesab edir ki, ABŞ-də keçirilən seçkilərdən sonra Ukrayna münaqişəsinin həlli istiqamətində müəyyən yeni təkan olacaq.
Gundem.az xəbər verir ki, siyasətçi Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində deyib: “Mən düşünmürəm ki, söhbət ağ bayraq qaldırıb təslim olmaqdan gedir. Yeni təkan danışıqlar masası arxasında fəaliyyətlə birləşdirilən döyüş meydanında irəliləyiş yollarına aiddir".
NATO-nun keçmiş baş katibi Qərbi Ukraynanın Rusiya ilə danışıqlar masası arxasına əyləşməsi üçün şərait yaratmağa çağırıb. Bundan əlavə, Stoltenberq hesab edir ki, Ukrayna tərəfi üçün məqbul olacaq razılaşmaya nail olmaq lazımdır.
Bundan əvvəl bildirilmişdi ki, Belçikada NATO-nun keçmiş baş katibinə qarşı Ukraynada Rusiyaya qarşı münaqişənin başlanmasında iştirakına görə məhkəmə işi açılıb. (Sfera.az)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay