BAKU Azərbaycan
°C

Son günlər sosial şəbəkələrdə yeni şantaj metodu yayılıb. Belə ki, qadınlar həmcinslərinə tövsiyə edir ki, həyat yoldaşının (ərinin) xəyanət etdiyini bildikdə səbirli olsunlar, həmin an ona bildirməsinlər. Daha sonra saxta hesabdan ona yazıb xəyanət etdiyindən xəbərdar olduğunu desinlər və bunu həyat yoldaşına (arvadına) deməməsi üçün pul tələb etsinlər. İddia edirlər ki, beləliklə, qadın ərindən intiqam almış olacaq. 

Bəs bunu edən şəxsləri qanunla hansı cəza gözləyir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, xəyanət edən həyat yoldaşını hədələyərək pul tələb etmək qanunla qadağandır və belə hallar cinayət məsuliyyəti yaradır: 

"Hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkibli cinayətdir və hədənin edildiyi andan başa çatmış hesab olunur. Rüsvayedici məlumatların yayılması hədəsi ilə kimdənsə pul və ya əmlak tələb etmək cinayət tərkibi yaradacaq və məsuliyyətə səbəb olacaq. Hətta yoldaşı şikayətini geri götürsə belə, bu cinayətlə bağlı cinayət təqibi, ictimai ittiham qaydasının da aparıldığı üçün yoldaşının şikayətini geri götürməyinin heç bir əhəmiyyəti olmayacaq. Belə ki, dövlət bu cinayətə görə sizdən əl çəkməyəcək. Ona görə də bu kimi hərəkətə cəhd göstərilməməlidir, nəticəsi ağır ola bilər. Belə ki, hədə-qorxu ilə tələb etmə cinayətinə görə, 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub".

 

Son xəbərlər

“Yetenek sizsiniz Türkiye” 7 il sonra ekranlara qayıdır

Sevməyi bacarmayan 2 bürc - Uzunmüddətli münasibət onlar üçün deyil

Qızılın qiyməti rekord vurur: Bahalaşmaya səbəb nədir?

Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Azərbaycanda hava kəskin SOYUYACAQ: qar, yağış, sel - XƏBƏRDARLIQ

Bakıda daha bir məşhur restoranın fəaliyyəti dayandırıldı - VİDEO - FOTOlar

Uşaqlar neçə yaşdan qəhvə içə bilər?

Şəhid xanımına BDU-da vəzifə verildi

Uşaq bağçasına silahlı hücum: Yaralanan var - VİDEO - FOTO

Dövlət Turizm Agentliyində yoxlama aparılır

Sülh sazişinin imzalanması üçün məkan hara olacaq?

İmsakın ən məsləhətli yeməyi... - 40 dəqiqə sonra da yatın

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

Prezident bu hərbi qulluqçuları təltif etdi

Nasir Əbdülkərim Əbdürrəhman “Dostluq” ordeni ilə təltif edilib

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib - FƏRMAN

Azərbaycanın D-8-ə qoşulması təsdiqləndi

Bu ölkədə güclü zəlzələ oldu

Bu şəxslər üçün də "dəfn pulu" verilə bilər - TƏKLİF

Şəmkirdə iki nəfər qidadan zəhərlənib

Bütün xəbərlər