03.01.2022 / 17:57
385
Qurban Qurbanov İnzaqi və Sulşerdən öndə - Reytinq açıqlandı
Dünya məşqçilərinin reytinq cədvəli açıqlanıb.
Gundem.az xəbər verir ki, planetin ən yaxşı 500 mütəxəssisi arasında Azərbaycan bir məşqçi ilə təmsil olunub.
Bu, “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovdur. 50 yaşlı mütəxəssisin aktivində 1592 xal var.
O, dünyanın 223-cü məşqçisidir. Qurbanov Ole-Qunnar Sulşer, Miçel, Raymond Domenek, Eusebio di Françesko, Murat Yakın, Aleksey Mixayliçenko, Ərtoğrul Sağlam, Viktor Qoncarenko, Miodraq Bojoviç, Valeri Karpin, Paulu Souza, Tomas Doll, Filippo İnzaqi kimi tanınmışları arxada qoyub.
Qeyd edək ki, siyahının ilk üç pilləsində Pep Qvardiola (2194), Yurgen Klopp (2088) və Joze Mourinyo (2065) qərarlaşıb.
Son xəbərlər
Prezidentlər Azərbaycanla Belarusun birgə istehsalı olan avtobusa baxdılar
Siyasət
17.05.2024, 14:00
Prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə BAXDILAR
Siyasət
17.05.2024, 13:50
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay