BAKU Azərbaycan
°C

Xəbər verdiyimiz kimi, mayın 16-da Moskvada Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti keçiriləcək. İclasda bir çox məsələlərin müzakirə olunacağı gözlənilir. Sammitdə KTMT-nin Qazaxıstanda olduğu kimi bir müddətdir daxili narazılığın hökm sürdüyü Ermənistana və ya Qərbin dəstəklədiyi Ukraynaya müdaxilə etməsinə dair iddialar səslənir.

Maraqlıdır, indiki məqamda KTMT hədəfi hansı ölkə ola bilər?

Mövzu ilə bağlı Gundem.az-a açıqlama verən politoloq İlqar Vəlizadə deyib ki, Rusiya Ukrayna müharibəsi fonunda NATO-nun aktivləşməsi və Qərbin rəsmi Kiyevə dəstək verməsinə cavab olaraq KTMT sammiti keçirmək qərarına gəlib.

“Sammitin əsas məqsədi təşkilatın NATO-dan geri qalmadığını göstərməkdir. KTMT faktiki olaraq özünü NATO kimi aparmağa çalışır. Kreml bununla həm də KTMT-nin mövcud Qərb-Rusiya qarşıdurmasında potensialının olduğunu göstərmək istəyir. Lakin bu o demək deyil ki, KTMT Rusiya-Ukrayna müharibəsinə müdaxilə edəcək. Bu o vaxt baş verər ki, Ukrayna Rusiya ərazisinə müdaxilə etsin. Hələlik müharibə Ukraynanın ərazisində gedir”. 

İ. Vəlizadə KTMT Qazaxıstanda olduğu kimi Ermənistana ehtimal edilən müdaxiləsini dəyərləndirib:

“Hesab edirəm ki, KTMT Ermənistana müdaxilə etməyəcək. Ümumiyyətlə Qazaxıstanda baş verən hadisələr ilə hazırda Ermənistanda baş verən etirazlar qətiyyən eyni motivli deyil. Digər tərəfdən, Qazaxıstan tərəfindən rəsmi müraciətdən sonra KTMT bu ölkəyə müdaxilə etdi. Ermənistandan hələlik belə bir müraciət edilməyib. KTMT özbaşına belə bir qərar verə bilməz”.

Turan Rzayev
.
 

Son xəbərlər

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident Türkiyə ilə bağlı sazişi TƏSDİQLƏDİ

Bütün xəbərlər