BAKU Azərbaycan
°C

Gündəm.az-ın suallarını Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə cavablandırıb.

Müsahibəni təqdim edirik. 

-  Araz müəllim, bildirmişdiniz ki, Rusiya Ukraynada qələbə qazanacaq. Bu gün müharibənin 84-cü günüdür. Amma Rusiya nəinki Ukraynanı kapitulyasiya aktı imzalamağa məcbur edə bilib, hətta özü bəzi mövqelərindən geri çəkilməli olub. 

- Rusiya heç vaxt qarşısına Ukraynanı tam işğal etmək kimi bir vəzifə qoymayıb. Onların əsas məqsədi Ukraynanın denasifikasiya və demilitarizasiyası, həmçinin Donbasa nəzarəti təmin etmək idi. Donbasa tam nəzarət təmin edilib. Qarşıdakı vaxtlarda denasifikasiya və demilitarizasiya məsələsi də öz həllini tapacaq. Buna heç kimin şübhəsi olmasın. Görünən odur ki, bu müharibə hələ uzun çəkəcək. Çünki ABŞ və bəzi Qərb dövlətləri Ukrayna prezidentinə imkan vermirlər ki, Rusiya ilə atəşkəs sazişi imzalasın. Onları Ukrayna dövlətinin və xalqının taleyi maraqlandırmır. 

- Ukraynaya hərbi yardımlar getdikcə artırılır. Bu gün artıq Ukrayna ordusu Rusiyanın ərazilərini vurur. Hərbi ekspertlər də bəyan edirlər ki, Ukrayna ordusu getdikcə üstünlüyü ələ alır. Siz necə düşünürsünüz?

- Ukrayna ordusu çox gücsüzdür. Onlar Qərbin silahlarından hələ istifadə edə bilmirlər. Döyüş təcrübələri yoxdur. Rusiya ordusu Ukrayna ordusundan dəfələrlə güclüdür. Ona görə də mən hesab edirəm ki, Rusiya qalib gələcək. Ukraynanın müqavimət göstərmək imkanları getdikcə azalır. Milyonlarla insan Ukraynanı tərk edib. Ölkə dağılıb. Onlar Rusiya kimi güclü ordusu olan bir dövlətə nə edə bilərlər?

- Bu arada İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsi gündəmə gəlib. Bu iki ölkənin NATO-ya üzv olması Rusiyaya nə vəd edir?

- Rusiya prezidenti Vladimir Putin bununla bağlı bildirdi ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü Rusiya üçün heç bir təhlükə yaratmır. Bununla belə, Rusiya da bu iki ölkənin ABŞ-ın hərbi ittifaqına üzv olmalarını cavabsız qoymayacaq. Rusiyanın hansı addım atacağını zaman göstərəcək.

- Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olmasına qarşı çıxıb. Necə düşünürsünüz, Türkiyənin bu addımını həm də Rusiyaya jest kimi qiymətləndirmək olarmı? 

- Türkiyə ilk növbədə öz maraqlarını güdür.  Türkiyə rəsmiləri bəyan ediblər ki, İsveç və Finlandiya PKK terror təşkilatına dəstək verdikləri üçün onların NATO-ya üzv olmasına imkan verməyəcəklər. Amma düşünürəm ki, əgər ABŞ İsveç və Finlandiyanın NATO üzvü olmalarını istəyirsə, deməli bu baş verəcək. Düşünürəm ki, ABŞ Türkiyəni yola gətirəcək. NATO-da əsas söz sahibi ABŞ-dır.

-  İsveç və Finlandiyanın NATO-ya üzvlüyü Rusiyaya nə vəd edir? 

- Əgər NATO öz strukturlarını İsveç və Finlandiyaya yerləşdirməsə, bu ölkələrin alyansa qoşulması boş şey olacaq. Yox, əgər NATO öz strukturlarını bu iki ölkəyə yerləşdirsə, bu Rusiya üçün təhlükə deməkdir. 

- O halda Rusiya İsveç və Finlandiyaya hücum edəcəkmi?

- Mən falabaxan deyiləm.

- Amma Rusiya NATO-ya qoşulmaq istəyən Ukraynaya hücum etdi və siz də bunu müdafiə etmişdiniz...

- Ukrayna başqadır. NATO-ya üzv olmasa belə, Ukraynada hərbi təlimlər keçirilirdi və Rusiya da məcbur qalıb bu ölkəyə girdi. Rusiyanın başqa əlacı qalmamışdı. 

Söhbətləşdi: Nurlan

Son xəbərlər

Maradonanın övladları futbolçunun qalıqlarının köçürülməsini istəyiblər

Britni Spirs Sem Asgaridən rəsmən boşandı və yenidən “yoxa çıxdı” - FOTO

Xəyallar gerçəkləşir: Məşhur cizgi filmindəki evi kirayələmək mümkün olacaq - VİDEO

ABŞ-də qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - FOTO

“WhatsApp” iki yeni funksiya təqdim edib - FOTO

Zeynep Bastık sənətçi yoldaşını “ifşa etdi”: Arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Kosmik uçuşlar üçün rezervasiyalar başladı - VİDEO

Bakıda bəy gəlini nikah masasında TƏRK ETDİ

Renat Dadaşov baş məşqçisiz qaldı: Volkan Dəmirəl istefa verdi

Ucar sakini: “Həkim yoxdur, xəstəyə baxmırlar” - VİDEO

Konfrans Liqasında sürpriz nəticə: “Olimpiakos” - “Aston Villa” matçında altı qol vuruldu - VİDEO

Bakıda azyaşlı ölümdən son anda xilas oldu - ANBAAN VİDEO

Türkiyə İsraillə ixrac-idxal əməliyyatlarını dayandırıb - YENİLƏNİB

Sumqayıtda çirkab suları evlərə dolur - VİDEO

“Bayer” “Roma”ya qalib gələrək rekordunu yenilədi - VİDEO

300 min azərbaycanlının qayıdışı: İrəvan kuluarlarında nələr müzakirə edilir? - VİDEO

Azərbaycanın profilaktik peyvəndlər təqviminə əlavə edilən yeni vaksin məcburidir? - YENİLƏNİB + VİDEO

London derbisi: “Çelsi” “Tottenhem”dən üstün oldu - VİDEO

İtkin düşən 73 nəfərdən biri: Şahlar Ağayevin yaxınları danışdılar - VİDEO

UEFA-ya hər görüş üçün cəza ödəyən baş məşqçi ilə yolları ayırıb

Bütün xəbərlər