BAKU Azərbaycan
°C

May ayının sonlarına yaxınlaşsaq da, bazarlarda pomidor və xiyarın qiyməti yüksək olaraq qalmaqdadır. Market və bazarlarda pomidorun bir kiloqramının qiyməti 3-5 manat, xiyarın qiyməti isə 2-3 manat aralığında dəyişir.

Maraqlıdır, yay gəlir, havalar isinir, qiymətlər niyə buz bağlayıb?

Mövzu ilə bağlı Gundem.az-a danışan iqtisadçı-ekspert Eldəniz Əmirov bazarda olan pomidorların açıq havada yox, istixanalarda yetişdirildiyini deyib. Mütəxəssis qiymətlərin yüksək olmasının səbəblərinə də aydınlıq gətirib:

“Adı çəkilən tərəvəzlərin yeni yetişən vaxtıdır. Hazırda bazarlarda parnikdə yetişdirilən pomidorlar üstünlük təşkil edir. Bahalılığın səbəbi isə gübrə və toxumun fermerlərə yüksək qiymətə satılmasıdır. Eyni zamanda qazın da qiyməti yüksəlib, əməkhaqqları artıb. Bütün bunlar yetişən məhsulun maya dəyərinin yüksəlməsinə səbəb olur”. 

Ekspert məhsuldarlıq və inflyasiya amilinə də toxunub:

“Bahalıq səbəblərinin üzərinə inflyasiyanı da gəlmək olar. Artıq son 30-40 ilin ən yüksək səviyyədə olan inflyasiya həddini müşahidə edirik. Digər tərəfdən isə istixanalar bağlanır və bu da məhsuldarlığa təsir edən mənfi amillərdən biridir. Tərəvəzlər istixanalardan çıxandan sonra qiymətlərdə enmələrin olmasını görəcəyik. Bu, 20 gün sonra ola bilər”. 

Əzizə Zeynal 
 

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər