BAKU Azərbaycan
°C

Alimlər Qədim Misirin ən məşhur kraliçası VII Kleopatra haqqında yeni maraqlı faktları üzə çıxarıblar.

Gundem.az  Azertag.az-a istinadən bildirir ki, eramızdan əvvəl 69-30-cu illərdə hökmranlıq etmiş VII Kleopatra səkkiz dildə danışıb və öz sarayında ən təcrübəli təbib olub. Qədim mənbələrdə, habelə sonralar yazılan roman və lentə alınan filmlərdə imperator Yuli Sezar və sərkərdə Mark Antoni ilə məhəbbət macəraları ilə hakimiyyəti ələ keçirdiyi irəli sürülən kraliçanın, əslində, yüksək təhsilli və müdrik qadın olduğu bildirilir.

Kraliça Kleopatra İsgəndəriyyədəki məşhur kitabxanada Ellin təhsil sisteminin ən yaxşı müəllimlərindən dərs alıb. O, coğrafiya, tarix, astronomiya, fəlsəfə, beynəlxalq diplomatiya, təbabət elmlərinə yiyələnib, eyni zamanda, öz sülaləsində (Ptolemeylər) qədim Misir dilini bilən və heroqlifləri oxumağı bacaran yeganə hökmdar olub. Kleopatra, həmçinin fars, ivrit, yunan, medes, qədim Suriya, həbəş və ərəb dillərində də danışıb. Vaxtının çoxunu İsgəndəriyyə kitabxanasındakı laboratoriyada keçirən kraliça botanika və kosmetika sahələrində tədqiqatlar da aparıb. Təəssüf ki, onun yazdığı kitablar 391-ci ildə yanan İsgəndəriyyə kitabxanasında məhv olub. Məşhur yunan təbibi Klaudius Qalenus Kleopatranın kəşf etdiyi saçları bərpa edən kremin formulunu köçürüb.

Kleopatranın ölümündən sonra Misirin Roma imperiyası ilə siyasi əlaqələri kəsilib və ikinci Ellin dövlətinin varlığına son qoyulub.

 

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər