BAKU Azərbaycan
°C

ABŞ və Rusiya arasında son illərdəki təmasların diplomatlardan daha çox generallar vasitəsi ilə aparılması diqqət çəkir. Bu trend 24 fevraldan bəri davam edən müharibə ərzində də aktuallığını qorudu. Məsələn, ABŞ Silahlı Qüvvələrinin Baş qərargah rəisi Mark Milley və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında ötən gün telefon danışığı olub. Bundan bir həftə öncə də ABŞ müdafiə naziri Lloyd Ostin və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olmuşdu. 

Maraqlıdır, hazırda ABŞ ilə Rusiya arasında təmasların diplomatlardan daha çox generallar vasitəsi ilə aparılmasının səbəbi nədir?

Mövzu ilə bağlı Gundem.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, Rusiya ABŞ münasibətləri tarixinin ən pis dövrünü yaşayır:

“Mövcud Rusiya-Ukrayna müharibəsini də nəzərə alsaq, hər iki ölkə arasında diplomatik təmasların dayandırıldığını deyə bilərik. Son illərdəki təmasların diplomatlardan daha çox generallar vasitəsi ilə aparılması da bundan irəli gəlir. Əslində tərəflər bununla bir-birlərinə açıqca əzələ nümayişi etdirir. Yəni diplomatlar səviyyəsində danışılası, müzakirə ediləsi məsələlər bitib. Buna görə də təmaslar hərbçilər, generallar konteksində aparılır”. 

Politoloqun sözlərinə görə, hazırda bir yox, bir neçə regionda Rusiya ilə ABŞ arasında mübarizə gedir:

“Bu mübarizə fonunda heç bir tərəf geri çəkilmək istəmir. Məhz buna görə də diplomatların görüşünün mənasız olacağını düşünürlər. Hərbçilərin irəli çəkilməsi ilə tərəflər bir-birinə nə qədər ciddi olduğu, prosesin hərbi gərginlik konteksinə keçə biləcəyi mesajını verir. Hesab edirəm, ABŞ və Rusiya arasında dil diplomatiyasını güc diplomatiyası əvəzləyib. Bu hal hələ bir müddət davam edəcək”.

Turan Rzayev
 

Son xəbərlər

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

“Reuters”in əməkdaşı Moskvada həbs olundu

Bakıda mənzildə meyit aşkarlandı

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Derbinin qalibi "Fənərbağça" oldu

Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı

Ermənistan Müdafiə Nazirliyi çağırış etdi

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Zelenski buna görə administrasiya rəhbərini işdən çıxardı

Rasim Balayevdən Taleh Yüzbəyova sərt sözlər

İndoneziyada 6,3 bal gücündə zəlzələ oldu

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

Bakıda avtomobil yanır: yolda tıxac yarandı - VIDEO

İnsan beyni haqqında 9 MARAQLI FAKT

Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

"Sabah" qalib gələrək üçüncü pilləyə yüksəldi

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Rəqqasə Fatiməni məhkəməyə verdilər

Bütün xəbərlər