BAKU Azərbaycan
°C

Qazax rayon Polis Şöbəsinin (RPŞ) və Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının birgə keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xİdmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində rayon sakini Vüsal Mahmudov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 460 qram çəkidə narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Bundan başqa rayon sakinləri Rövşən İbrahimov, Ceyhun Abdullayev, Emil Həsənov, Ruslan Alırzayev, Zeynal Zeynalov və Azər Əzizov saxlanılan zaman onlardan qanunsuz yolla əldə edib saxladıqları, müxtəlif bükümlərdə və çəkilərdə “heroin”, “metamfetamin” və digər narkotik vasitələr aşkar olunaraq götürülüb.

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları da aşkar edilərək götürülüb. Beləki, qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən rayon sakinləri İbrahimov Aydınov və Ayaz Osmanovun yaşadığı evə baxış keçirilib. Baxış zamanı İ. Aydınova məxsus həyətyanı sahədən 9, A. Osmanova məxsus fərdiyaşayış evindən isə 63 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Həmin şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər