BAKU Azərbaycan
°C

Gündəm.az-ın suallarını Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Son günlər Rusiya-Azərbaycan münasibətlərində müəyyən gərginlik müşahidə olunur. Xarici işlər naziri Lavrov İrəvanda Qarabağda da sərhədlərin olacağına dair açıqlama verdi və sonra həmin açıqlama dəyişdirildi. Rusiyanın “RİA Novosti” informasiya agentliyi Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri Artak Beqlaryandan müsahibə aldı və müsahibə saytdan silindi. Azərbaycan “Sputnik Azərbaycan” saytının rəhbər şəxlərinə burada yaşamaq üçün icazə verməkdən imtina etdi. Nə baş verir?

- Hesab edirəm ki, doğrudan da, Lavrov İrəvanda səhvə yol verdi. Lavrov hansı kəndin harada yerləşdiyini bilə bilməz. Heç Azərbaycanın özündə də Fərrux kəndinin harada yerləşdiyini çox az adam bilir. İki il bundan öncəyə qədər ümumiyyətlə, bu kəndin adı çox az adama tanış idi. Lavrov nə bilsin ki, Fərrux kəndi hardadır? Söhbət ondan gedir ki, Rusiya Xarici İşlər Nazirliyinin düzəlişi daha da bərbad idi. Biz bilirik ki, Fərrux kəndində nə baş verir? Orada yaşayan ermənilər postlar qururdular, hərbi məqsədlərlə hansısa işlər görülürdü. Rusiya XİN-nin düzəlişində də sanki buna bəraət qazandırılıb. Artıq Azərbaycanın sülhməramlılarla bağlı ortaya mövqe qoymasının vaxtı çatıb. Bilməliyik ki, onlar orada nə iş görürlər. Orada təmas xəttimi qurmaq istəyirlər? Qarabağdakı qondarma rejimlə əməkdaşlıqmı edirlər? Sallar çoxdur. Buna aydınlıq gətirilməlidir. Yavaş-yavaş sülhməramlı məsələsi gündəmə gəlir. Minsk qrupunun vaxtında danışıqlar məxfi saxlanılırdı. Azərbaycanı hansısa güzəştlərə məcbur etmək istəyirdilər. Deyəsən, indi də bu təkrarlanır. Ona görə də tələb etməliyik ki, danışıqlar açıq şəkildə aparılsın və sülhməramlıların səlahiyyətləri dəqiqləşdirilsin.

- Yayılan məlumatlara görə, son iki ayda rus sülhməramlılar Laçına gedib-gələn azərbaycanlılara süni maneələr yaradır, maşınlarını tez-tez yoxlayır, onları incidirlər. Onların buna ixtiyarları çatırmı? Nə üçün Azərbaycan dövləti məsələyə müdaxilə etmir? 

- Tamamilə doğrudur. Mən də elə bu kimi məsələləri nəzərdə tutaraq bildirirəm ki, dövlətimiz sülhməramlıların səlahiyyətləri məsələsini qaldırmalıdır. Onlar orada hansı əsasla işləyirlər? Son 2 ildə bunlara aydınlıq gətirilməyib. Sülhməramlıların başçısı gedib İrəvanda görüşlər keçirir, amma Bakıya gəlmir, hesabat vermir. 

- Hətta Ermənistanın baş prokurorunu da Qarabağdakı nəzarətlərində olan əraziyə buraxmışdılar…

- Bəli, hansısa təhlükəsizlik şəraiti yaradıblar. Amma orada erməni silahlıları qalıb. Qondarma rejimin silahlıları var. Onlar niyə tərksilah olunmur. İndi bəlli olur ki, Ermənistan Zərngəzur dəhlizini dəhliz formatında təqdim etmək niyyətində deyil. Hətta Brüsseldə qeyd olunub ki, ölkələrin suverenliyinə toxunulmayacaq. O zaman sual yaranır ki, Laçın dəhlizində suverenlik hüququ nə vaxt bərpa olunacaq? Yaxşı olardı ki, rəsmi Bakı rus sülhməramlıların fəaliyyəti barədə məlumat alsın. Onlarla danışıqlar qapalı yox, açıq aparılmalıdır. Azərbaycan tərəfindən kim onlarla danışqılar aparır?

- Sanki Bakı Xankəndiyə nəzarət məsələsinə tələsmir. Hazırda əsas diqqət nəzarətimizdə olan ərazilərdə quruculuq-bərpa işləri, insanların qayıdışıdır. Ola bilərmi ki, bu işlər bitəndən sonra Xankəndi məsələsi masanın üzərinə qoyulsun?

- Əgər iki il bundan qabaq bu barədə danışsaydıq, mən sizinlə razı olardım. İndi məndə elə təəssürat yaranıb ki, məqm yetişib. Onların fəaliyyətinə aydınlıq gətirilməlidir. Qarabağdakı ermənilər də başa düşürlər ki, onlar gec-tez Azərbaycan vətəndaşlığını qəbul edəcəklər. Rus sülhməramlılar onları bu prosesə hazırlamalıdırlar. Bunun üçün ilk növbədə oradakı erməni silahlılar tərkisilah edilməlidir. Sülhməramlılar orada özfəaliyyətlə məşğul olur. Mən demirəm ki, Qarabağdakı sülhməramlılara güc tətbiq edək və s. Sadəcə, məcbur edək ki, fəaliyyətləri barədə bizə məlumat versinlər. 

- Rusiya mətbu orqanlarında tez-tez Azərbaycana qarşı məqalələrin yerləşdirilməsini nə ilə izah etmək olar? 

- Bizim bəzi saytlara da Rusiyada blok qoyulub. İndi Azərbaycan da Rusiyada bizə qarşı təxribatla məşğul olan və hansısa etniklər tərəfindən idarə olunan mətbu orqanlara qadağa tətbiq edir. Biz prinsipial mövqeyimizi davam etdirməliyik. Rusiyanın istər “Ria-Novosti” agentliyi, istəsrə də “Sputnik” media kompaniyası Azərbaycanla bağlı yazılarında, fəaliyyətlərində jurnalistikanın prinsiplərindən kənara çıxmamalıdrlar. Vaxtı ilə Rusiya Prezidenti Vladimir Putin “Ria-Novosti”nin rəhbəri Simonyana irad tutdu ki, nə üçün Bakıda keçirilən Avropa oyunları geniş işıqlandırılmır? Simonyan və onun kimi  digərlərinin Azərbaycana mövqeyi bəllidir.

- Azərbaycan rəsmiləri, mətbuat mütəmadi olaraq Zəngəzur dəhlizi və Zəngəzur mahalı ifadələrini işlədir. Necə hesab edirsiniz, bu siyasi ritorikalar Azərbaycana dvidend gətirirmi? Yaxud, ermənilərin Azərbaycana qarşı iddialarına cavab verə bilirmi? 

- Paşinyan və onun komandası elə bir fon yaradırlar ki, guya sülhməramlıdırlar. Amma onu da deyirlər ki, Qarabağa aid siyasətləri yeni şəraitdə davam etdiriləcək. 30 il onlar bizə qarşı açıq şəkildə ərazi iddiası irəli sürüb, indi bunu yeni şəraitdə davam etdirmək istəyirlər. Qarabağdakı ermənilərin hüquqları, təhlükəsizlik məsələsini qaldırırlar. Bu da ermənilərə status verilməsi deməkdir. Azərbaycan da bunu görür və cavablarını verir. Azərbaycan Prezidentinin Zəngilanda olarkən tarixi Zəngəzur mahalı ilə bağlı çıxışı buna bir misaldır. 100 il öncə İrəvan, Zəngəzur, Göyçə mahalı ermənilərə verilib. Biz bu məsələni daim qaldırmalıyıq. Bu siyasi ritorika bizim gündəmimizdə olmalıdır. Ermənilərin bizə qarşı olan iddialarını neytrallaşdırmaq üçün bu vacibdir. Niyə biz Ermənistanda etnik təmizlənməyə məruz qalmış soydaşlarımızın məsələsini qaldırmayaq? 

Söhbətləşdu: Nurlan
 

Son xəbərlər

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

“Reuters”in əməkdaşı Moskvada həbs olundu

Bakıda mənzildə meyit aşkarlandı

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Derbinin qalibi "Fənərbağça" oldu

Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı

Ermənistan Müdafiə Nazirliyi çağırış etdi

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Zelenski buna görə administrasiya rəhbərini işdən çıxardı

Rasim Balayevdən Taleh Yüzbəyova sərt sözlər

İndoneziyada 6,3 bal gücündə zəlzələ oldu

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

Bakıda avtomobil yanır: yolda tıxac yarandı - VIDEO

İnsan beyni haqqında 9 MARAQLI FAKT

Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

"Sabah" qalib gələrək üçüncü pilləyə yüksəldi

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Rəqqasə Fatiməni məhkəməyə verdilər

Bütün xəbərlər